Xəbər Lenti
Dünən, 13:48
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
7-11-2026, 17:50
Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
7-11-2026, 13:33
Nərimanov rayonunda “8 Noyabr – Zəfər Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib
7-11-2026, 12:21
Dr. Aslan Məmmədov: ZƏFƏR GÜNÜ – AZƏRBAYCANIN DÜNYAYA GÜCÜNÜ VƏ QƏTİYYƏTİNİ SÜBUT ETDİYİ TARİX!
7-11-2026, 12:12
İş adamı Tofiq İsayev: 8 NOYABR – AZƏRBAYCANIN GƏLƏCƏYƏ QALİB XALQ KİMİ ADDIMLADIĞI TARİXİ GÜN!
7-11-2026, 11:43
Elvin Həsənzadə: BU TORPAQLARIN HƏR QARIŞINDA BİR QƏHRƏMANLIQ HEKAYƏSİ VAR – 8 NOYABR ZƏFƏR GÜNÜ!
7-11-2026, 11:41
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ – MİLLİ İRADƏNİN, LİDERLİYİN VƏ QƏHRƏMANLIĞIN TƏNTƏNƏSİ!
7-11-2026, 11:25
ŞUŞANIN AZADLIĞI AZƏRBAYCANIN ZƏFƏR TARİXİNƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN ŞANLI SƏHİFƏDİR!
Fransanın keçmiş ermənipərəstlərinin atalarına rəhmət oxuya bilərik - Elman Nəsirov
"Emmanuel Makron öz ölkəsinin ağır və mürəkkəb daxili problemlərilə məşğul olsa, daha yaxşı olar, nəinki gəlib regionumuzda gərginlik ocağı yaratmaqla".
Qaynarinfo-ya açıqlamasında bunu deputat Elman Nəsirov rəsmi Parisin Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız iddiaları səbəb gətirməklə Azərbaycana səyahətdən yayınmaq barədə öz vətəndaşlarına ünvanlanan qərəzli çağırışına münasibət bildirərkən deyib.
"Fransa Azərbaycan münasibətlərində yaranmış gərginliyin səbəbkarı Makron adminstrasiyası və şəxsən Makronun özüdür. O dirijor çubuğu ilə Bakı ilə Paris arasında münasibətlərdə gərginlik yaradıb, onu idarə edir. Bu da onun Fransadakı erməni lobbi və diaspor dairələrinin əlində alət olduğunu bir daha sübut edir. Onun hər dəfə çeşid-çeşid anti-Azərbaycan bəyanat və qətnamələr verdiyinin, addımlar atdığının şahidi olmuşuq. Fransa birmənalı şəkildə Ermənistanı silahlandırır, onu hücum silahları ilə təmin edir. İndi də absurd şəkildə ittiham edirlər ki, guya Azərbaycanda Fransa vətəndaşı saxlanılır, guya həmin ölkə vətəndaşlarına münasibətdə Bakı qərəzli addımlar atır", deyə Elman Nəsirov bildirib.

Deputat qeyd edib ki, Fransa vətəndaşları ilə heç bir problemimiz yoxdur. Azərbaycan xalqı ilə Fransa xalqı arasında heç zaman gərginlik, toqquşma, münaqişə ocağı olmayıb:
"Söhbət ancaq Fransa rəhbərlərindən gedir. Fransa ənənəvi olaraq ermənipərəst siyasət yürüdür. Amma Makronu gördükdən sonra vaxtilə ermənipərəst siyasət yürüdən digər fransalı siyasətçilərin atalarına rəhmət oxuya bilərik. Makron 5-ci Respublika tarixində yeganə prezidentdir ki, Ermənistana dəstək siyasətini hətta erməni dilində yazır, ifadə edir. Bu da onu göstərir ki, Fransada rəhbər vəzifədə oturan şəxsin əsas niyyəti ölkə daxili problemlərin həlli yox, ancaq erməni maraqlarına xidmət etməkdir. Fransa ciddi daxili problemlər içində çabalayır. İş o yerə çatıb ki, Fransa parlamentinin 81 deputatı Makronun istefasını tələb edir. Belədə onun impiçment qaydasında vəzifədən uzaqlaşdırılması da istisna deyil. Bu da tam reallığı əks etdirir".
Qeyd edək ki, son günlər Fransa hakimiyyəti Azərbaycana qarşı qərəzli siyasətini daha açıq şəkildə ortaya qoymağa başlayıb. Fransanın Avropa və Xarici İşlər Nazirliyi Azərbaycanda guya Fransa vətəndaşlarının saxlanıldığı və hədəf alındığı barədə əsassız iddiaları səbəb gətirməklə öz vətəndaşlarını Azərbaycana səyahətdən yayınmağa çağırıb. Bu qərəzli çağırış onu göstərir ki, Makron iqtidarı Azərbaycanla münasibətləri normal məcraya qaytarmaq deyil, əksinə daha da gərginləşdirmək yolunu tutub.
Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə bildirib ki, Fransa tərəfindən verilmiş bu cür əsassız və qərəzli qərar və bəyanat bu ölkənin Azərbaycanla münasibətləri daha da gərginləşdirmək niyyətindən xəbər verir: "Fransa vətəndaşlarının əsassız olaraq saxlanıldığı və həbs edildiyi barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur. Bu əsassız bəyanat reallığın təhrif olunmasıdır. Azərbaycanda indiyə qədər yalnız Fransa Respublikasının vətəndaşı Martin Rian ötən ilin 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (cəsusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Bundan əlavə, digər Fransa vətəndaşı Klerk Teo Hüqonun Bakı Metrosunda törətdiyi əmələ görə saxlanıldığı məlumdur. Bunun əksinə, Fransa tərəfindən Azərbaycan jurnalistlərinin Fransaya, hətta digər Şengen ölkəsi ərazilərinə səyahətləri zamanı tətbiq etdiyi maneələr Fransanın təbliğ etdiyi "insan hüquqlarına” tamamilə zidd olduğu aydındır".






















































