ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
Şərqin ilk seçib-seçilmək hüququ qazanan qadını

Azərbaycan qadını hər zaman cəmiyyətimizin əsas aparıcı qüvvəsi olaraq bir xalq kimi formalaşmağımızda, tariximizin zənginləşməsində, ədəbiyyatımızın, mədəniyyətimizin yaranmasında və inkişafında müstəsna rol oynayıb. Müqəddəs ana, vəfalı həyat yoldaşı olmaqla yanaşı, həm də görkəmli diplomat, hökmdar, sərkərdə, qəhrəman döyüşçü kimi tarixdə dərin iz buraxıb.
Tomris, Nüşabə, Burla Xatun, Sara Xatun, Həcər, Nigar və başqa qəhrəman analarımız düşmənə gözdağı olublar. Onlar igidliyi və fədakarlığı ilə şanlı tariximizi yaradıblar. Əsrlər keçsə də, xalqımız onları heç vaxt unutmur, adlarını yaşadaraq nəsildən-nəslə ötürür. Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçib-seçilmək hüququ verməklə onların cəmiyyətimizdə statusunu daha da artırmış, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakına şərait yaratmışdır. Azərbaycan qadını həmçinin milli kimliyimizin qorunmasında, azadlıq mübarizəsinin geniş vüsət almasında yaxından iştirak edib, ana dilimizin, mənəviyyatımızın ən etibarlı dayağı olub. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub.
Ümummilli Lider qadın şəxsiyyətinə daim böyük hörmətlə yanaşıb, onların ictimai-siyasi sahədə rolunun artırılması istiqamətində mühüm addımlar atıb. Ulu Öndər əsasən idarəçilik sistemində qadınların irəli çəkilməsini, onların fəaliyyətinin yüksək səviyyədə qiymətləndirilməsini həmişə diqqətdə saxlayıb.
Azərbaycan 1995-ci ildə "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" BMT Konvensiyasını, həmçinin Beynəlxalq Əmək Təşkilatının (BƏT) qadın əməyi sahəsində qəbul etdiyi "Yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında", "Bərabər əməyə görə kişilərə və qadınlara bərabər haqq verilməsi haqqında", "Analığın mühafizəsi haqqında", "Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında" və "Ərdə olan qadının vətəndaşlığı haqqında" konvensiyalarını qəbul edib.
1998-ci ildə Ümummilli Lider Heydər Əliyev cəmiyyətdə qadınların mövqeyini möhkəmləndirmək üçün "Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında" fərman imzaladı. Həmin il - 1998-ci il sentyabrın 14-də, 26 illik fasilədən sonra Azərbaycan Qadınlarının I Qurultayı keçirilib. Ötən il isə ölkənin bütün regionlarından olan 600-ə yaxın qadının bir araya gəldiyi Azərbaycan Qadınlarının VI Qurultayı ölkəmizdə qadın hərəkatının əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi, eyni zamanda ilk qadın qurultayının 25 illiyinə təsadüf edirdi.
Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev də Azərbaycan qadını haqqında çox dəyərli fikirlər səsləndirib və ölkəmizdə qadın hərəkatının daha da yüksəlməsində təqdirəlayiq addımlar atıb. Möhtərəm Prezidentimiz qeyd edib ki, Azərbaycan qadınları maarifpərvər sələflərinin davamçıları olaraq son yüz ildə ölkəmizin xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin yeni əsaslar üzərində qurulması işində əzmkarlıq göstərib və nailiyyətlərlə dolu parlaq bir yol keçiblər. Onlar müstəqilliyin bərpasından sonra istiqlal ideallarına sədaqətlə milli dövlətçiliyin təməlinin möhkəmləndirilməsində və ölkəmizin hazırkı simasının müəyyənləşməsində mühüm rol oynayıb, bu gün də bilik və bacarıqlarını dinamik inkişaf yolunda inamla irəliləyən respublikamızın iqtisadi, mədəni və elmi potensialının artırılmasına sərf edirlər. Yüksək ictimai mövqe və nüfuzları Azərbaycan qadınlarının hüquq və azadlıqlarının tam təmin edilməsinin nəticəsi olub, müasir həyatımızın ən əlamətdar hadisələrindəndir.
Dövlət başçısı cənab İlham Əliyev hər il Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbriklər ünvanlayır, ölkəmizin inkişafında onların xidmətlərini xüsusi qeyd edir, orden və medallarla təltif edir. Təbii ki, bu da dövlət səviyyəsində qadınlara olan diqqət və qayğının təzahürüdür.
Azərbaycan həmkarlar ittifaqları da qadınların ictimai həyatda fəal iştirakına, həmkarlar ittifaqlarının strukturlarında daha çox təmsil olunmalarına, onların rolunun gücləndirilməsinə xüsusi diqqət yetirir. Hazırda həmkarlar ittifaqı üzvlərinin sayında qadınlar üstünlük təşkil edir.
Əziz Mehriban xanım Əliyeva,
Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu xüsusi gündə sizə uzun ömür, sağlamlıq, xoşbəxtlik və bütün arzularınızın gerçəkləşməsini arzulayıram.
Sizin həyatınızdakı hər bir addım, əvəzsiz xidmətləriniz və fədakarlığınız ölkəmizin inkişafına böyük töhfələr vermişdir. Sosial, mədəniyyət, təhsil və xeyriyyəçilik sahələrindəki fəaliyyətləriniz ölkəmizdə müsbət dəyişikliklərə səbəb olmuş və bir çox insanın həyatını daha yaxşı yöndə dəyişdirmişdir. Siz insanlara olan dərin sevginiz və yardımsevərliyinizlə, hər zaman geniş kütlələrin hörmətini qazanmış bir lider və örnək şəxsiyyət olmuşsunuz.
Sizin müdrikliyiniz və rəhbərliyiniz altında həyata keçirilən layihələr, xüsusilə gənc nəslin inkişafına yönəlmiş təşəbbüslər ölkəmizin gələcəyi üçün müstəsna əhəmiyyət daşıyır. Siz cəmiyyətimizə ilham verməklə yanaşı, həm də hər bir insana öz dəyərini və potensialını tapmaq üçün ilham verirsiniz.
Bu xüsusi gündə həyatınızın hər bir anının sizə sevinc və xoşbəxtlik gətirməsini diləyirəm. Sizə uzun ömür, sağlamlıq və gələcəkdə daha böyük uğurlar arzulayıram. Sizin əvəzsiz töhfələriniz və fədakarlığınız hər zaman bizim üçün ilham mənbəyi olmuşdur.
Bir daha doğum gününüz mübarək, Mehriban xanım. Sizə ən yaxşısını arzulayıram.
Hörmətlə,
Zülfü Ağayev
“Şirvan” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi























































