Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
25 İLLİK UĞUR YOLU
Aqrar islahatların yeni başlanıldığı dövrdə Azərbaycanda kənd təsərrüfatı sahəsi üzrə bir çox şirkətlər yaradılsa da, onlardan yalnız bir neçəsi bugünkü günə qədər davamlı fəaliyyət göstərərək özünü doğrulda bilib. Bu şirkətlərdən biri 1996-ci ildən fəaliyyətə başlayan “EMA” Qapalı Səhmdar Cəmiyyətidir (QSC).Azərbaycanda qeyri neft sektorunun ayrılmaz tərkib hissəsi olan kənd təssərüfatı sahəsinə 90-cı illərin əvvəlindən Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış aqrar islahatlar, dünya bazarına çıxış, dövlətin dəstəyi və qayğısı sayəsində dünya istehsalçıları ilə tanışlığın bünövrəsi qoyulmuşdur. Sonrakı illərdə bu ənənəni davam etdirən cənab Prezident İlhan Əliyev kənd təssərüfatı sahəsinə olan diqqəti dünyada mövcud olan yeni innovativ və stimullaşdırıcı texnologiyalara yönəltmiş və nəticə olaraq bizim kimi sahibkarların inkişafı, fermerlərin bu sahədə böyük nailliyəti və yaradılan aqroparklar lahiyəsinin uğurlu fəaliyyəti dünya bazarlarında fərqli məhsullar üzrə həm keyfiyyətli həm də rəqabət apara biləcək məhsulları ixrac edən ixracatcı ordusu yaranmışdır. Bu da qeyri neft sektoru sahəsində cənab Prezidentin apardığı uğurlu siyasətinin nəticəsindən mümkün olmuşdur. Bu il 25 illiyini qeyd edən EMA Azərbaycanda kənd təsərrüfatının dərman, gübrə, toxum və avadanlıq təminatı sahələrində fəaliyyətə başlayan ilk şirkətdir. Şirkətin yaranma dövrü ölkəmizin kənd təsərrüfatı sahəsindəki ən həssas zamanlarına - aqrar islahatların yeni aparıldığı, Azərbaycanın dünyada hələ aqrar bölgə kimi tanınmadığı dövrlərə təsadüf edib. “EMA” buna baxmayaraq, elə həmin dövrlərdən dünyanın kənd təsərrüfatı sahəsinin ən qabaqcıl şirkətləri ilə nəinki əməkdaşlığa başlayıb, hətta onların ən etibarlı tərəfdaşına çevrilə bilib. Məqsədyönlü aparılmış əməkdaşlıq sayəsində “EMA” dünyanın ən qabaqcıl pestisid istehsalçılarından olan Almaniyanın “BASF”, Fransanın “Dupont”, Almaniyanın “Bayern”, Bolqarıstanın “Agriya”, qardaş Türkiyənin “Hektaş” şirkəti, toxum üzrə Fransanın “Vilmorin” və Türkiyənin “Genta”, İspaniyanın “Fito” şirkəti, gübrə üzrə Rusiyanın “Evroxim”, İspaniyanın “Atlantika” və Türkiyənin “Genta” şirkəti, K/T texnikaları üzrə Türkiyənin “Agrotek”, Almaniyanın “İGEBA” və s. kimi tanınmış şirkətləri ilə güclü əməkdaşlıq əlaqələri və ona göstərilən yüksək etimad sayəsində bugün həm də dünya miqyaslı lider şirkətlərin Azərbaycandakı rəsmi distribüteri olaraq fəaliyyət göstərir. Ölkənin kənd təsərrüfatı sahəsinin inkişafında iştirak etmək, bu sektorda müştərilərin tələblərini diqqətlə müəyyənləşdirərək aqrar sahənin inkişafına töhfə vermək məqsədilə işə başlayan “EMA” bugün həm də Azərbaycanın müasir texnologiyalar və yeni xidmətlər təqdim edən böyük bir müəssisəsidir. “EMA” şirkətinin yaradıcısı və rəhbəri Əbdülhüseyn Abdullayev deyir ki, şirkət fəaliyyətə yeni başladığı dövrlərdə aqrar sahənin əkinçilik sahəsində məhsuldarlığın artırılması üçün bitki mühafizəsi vasitələrinə və gübrələrə çox böyük tələbat var idi. Şirkət bunu nəzərə alaraq, bu sahədə dünyanın ən böyük istehsalçıları ilə çox çətinliklə də olsa, əməkdaşlıq əlaqələri qurmağa nail ola bilib. Bununla yanaşı, “EMA” QSC aqrar sektorun yeni inkişaf fazasında fermerlərin xarici təcrübələrdən yararlanması üçün bütün marifləndirici (açıq tarla seminarları, əkin sahələrində xəstəlik və zərərvericilərə qarşı bitki mühafizəsi vasitələrdən düzgün istifadə və təhlükəsizlik qaydalarına riayət edilməsi) tədbirlər həyata keçirmişdir. “Əməkdaşlarımızın müştərinin hər bir problemi ilə yaxından maraqlanması, onlara keyfiyyətli xidmətin göstərilməsi və işimizə zəmanət verilməsi bizim başlıca dəyərlərimizdir. «EMA» QSC gördüyü hər bir xidməti aldığı beynəlxalq sertifikatların (İSO 9001, İSO 14001 , OHSAS 18001 ) standartlarına uyğun, yüksək keyfiyyətli, ətraf mühitə ziyan vurmadan və tam təhlükəsiz şəkildə həyata keçirir. Xidmətlərimizdə dünyanın ən qabaqcıl firmalarının istehsalı olan preparat və texnologiyalardan istifadə olunur”. “EMA” şirkəti xidmətlərini təqdim etmə zamanı ən vacib keyfiyyət və təhlükəsizlik amillərinin ciddi şəkildə nəzərə alınmasıdır. Şirkət xidmətləri zamanı həm ölkəmizdə bu sahəyə nəzarət edən Qida Təhlükəsizliyi Agentliyi və eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatının təsdiqlədiyi bitki mühafizə vasitələrindən istifadə edir ki, bu vasitələr insan sağlamlığına təhlükəli deyildir. Bağlar və şəxsi həyətyanı sahələrin dərmanlanması, dezinfeksiya və deratizasiya tədbirləri Amerika və Avropa istehsalçılarının texnikası ilə həyata keçirilir. Azərbaycandakı fermerlər arasında kifayət qədər yüksək reytinq əldə edən “EMA” həm yerli, həm də əcnəbi mütəxəssis aqronomlar komandasına sahibdir və bunun sayəsində müştərilərinə və partnyorlarına ən qısa zamanda ən təsirli həll yolarını təklif edir.“EMA” şirkətinin əsas strategiyası təkcə fermerlərə yüksək keyfiyyətli məhsul və xidmət təqdim etmək deyil, o, səylərini həm də Azərbaycanı kənd təsərrüfatı üzrə ixrac ölkəsinə çevirməyə yönəldib. “Bugün çalışırıq ki, işimizi tələbata görə quraq. Bu tələblərdən biri idxaldan çox ixrac yönümlü məhsullar yetişdirməkdir. Buna görə də bugün bizim əsas məqsədimiz təkcə daxili bazar olmalı deyil, həm də ixrac yönümlü məhsullar yetişdirmək olmalıdır. Bu, valyutanın ölkə daxilində qalmasına yardım edər, ölkəyə əlavə gəlir gətirər” deyə Ə.Abdullayev açıqlayıb və eyni zamanda bildirir ki son illərdə ümumi dünyada baş vermiş qlobal çətinliklər istər logistik istər də hava kirlənməsinin qabağını almaq məqsədi ilə bəzi dövlətlərin bitki mühafizə vasitələrinin aktiv maddə istehsalçılarının istehsal miqdarını azaltması bu vasitələrin əldə edilməsində böyük çətinliklər yaradıb. “EMA” şirkətinin əsas məqsədlərindən biri həm də dərman preparatlarını və gübrələri fermerlərə vaxtlı-vaxtında çatdırmaqdır. Regionlardakı fermerlərin məhsulları rahat və vaxtında əldə edə bilməsi üçün bəzi bölgələrdə artıq şirkətin mağaza və distribüter nümayəndəlikləri açılıb.“EMA” regionlarda ənənəvi dərman və gübrə vasitələrinın satışını həyata keçirən mağazalardan fərqli olan “ağıllı aqromarket”lər yaratmağı da düşünür. Azərbaycanın bölgələrində 25 belə marketin tikilməsi planlaşdırılır. Artıq Sabirabadda bu cür aqromarketin inşası başa çatdırılıb. Biləsuvar, Şəki, Ağdam, Quba və Şəmkirdə də “ağıllı aqromarket”lərin tikintisinə başlanılıb. Mövcud mağazalardan fərqli olaraq, “ağıllı aqromarket”lərdə torpağın və suyun analizinin aparılmasına, vizual olaraq, bitkinin xəstəliyinin təyin edilməsinə imkan verən laboratoriyalar da olacaq. Burada ilk dəfə olaraq, “yaşıl ambulans”ın da olması nəzərdə tutulur. “Yaşıl ambulans”lar səyyar şəkildə xidmət göstərərək aqronomla birlikdə uzaq bölgələrə gedəcək, oradakı fermerlərlə görüşüb onlara ödənişsiz olaraq, tövsiyələr verəcək, eyni zamanda həmin ərazilərdə dərmanların satışını təşkil edəcək. Gələcəkdə işğaldan azad edilmiş bölgələrimizdə də “ağıllı aqromarket”lərin tikintisi planlaşdırılır. Bu ərazilərdə əkinə yararlı olan təxminən 200-250 min hektar torpaq sahəsi var ki, şirkətin əsas məqsədlərindən biri minalardan təmizləndikdən və əkin üçün tam yararlı vəziyyətə gətirildikdən sonra həmin ərazilərdə də aqroxidmətlərin göstərilməsini əlçatan etmək, orada məhsuldarlığın daha da artmasına nail olmaqdır. Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfə verməyə çalışan “EMA” bitki mühafizə vasitələrinin, üzvü, mürəkkəb gübrələrin istehsalına başlamaq barədə də düşünür. Gübrə istehsalı üçün zavod tikintisini olduqca vacib sayan Ə.Abdullayev hesab edir ki, ölkədə bir neçə gübrə zavodları olmalıdır. Onun sözlərinə görə, idxal etdikləri gübrənin həcmi təxminən 10 min tondur. Ancaq əlavə olaraq, 200-250 min ton gübrəyə, eləcə də 2 min tona yaxın qeyri-üzvü gübrəyə tələbat var. Yeni yaradılmış karbamıd zavodu buna nümunədir və idxal olunan məhsulun bir qisminin qarşısını almışdır. Hesab edilir ki, bu tələbatın heç olmasa, 40 faizinin yerli istehsal hesabına təmin edilməsi məqsədəuyğun olardı.İşində daim yeni texnologiyaların tətbiqinə üstünlük verən “EMA” yeniliklərini də mütəmadi olaraq, ictimaiyyətə təqdim edir. Şirkət növbəti yeniliyini sərgidə (18-20 May ABKT sərgisi) təqdim edəcəyi dronları relyefi çətin olan ərazilərdə xəstəlik və ziyanvericilərə qarşı dərmanlama prosesini həyata keçirmək, xəstəliklərin təyini və ərazidə istifadə edilən gübrə effektivliyinin təyin edilməsi və eyni zamanda bu sərgidə nümayiş olunacaq digər yenilik isə əkin sahələrində xəstəliyi müəyyən edən ağıllı telefon sistemi ilə bağlı olacaq. Azərbaycanda ilk dəfə olaraq, nümayiş etdiriləcək bu sistem ağıllı kənd təsərrüfatı sahəsində lider marka olan Türkiyənin “HEKTAŞ” şirkəti tərəfindən yaradılıb. Diaqnoz proqramı həssas kənd təsərrüfatı sahələrində istifadə olunur, uzaq məsafədən vizual görüntü və tətbiq (drone) sistemlərinin yerləşdirilməsinə imkan verir. Sistem süni intellekt xüsusiyyəti sayəsində bitki xəstəliyini 95 faiz düzgün təyin edir və eyni zamanda hansi bitki mühafizə vasitəsindən istifadəyə gərək olduğunu sizə tövsiyə verir. Sistemin vaxtaşırı keçmişə dair və gələcək hava haqqında məlumatları daxil etmə, pestisidlərin araşdırılması, dərmansəpmə proqramlarının tərtibi, tarla, sahə əlavə etmə, tarlanın, sahənin peyk görünüşü, aktual bazar qiymətləri kimi çoxlu funksiyaları var. “25 il az bir müddət deyil. Əgər bu müddətdə nailiyyətlər əldə etmişiksə, demək, biz ölkədə kənd təsərrüfatının inkişafı üçün az da olsa, nələrsə etmişik. Bundan sonra da əlimizdən gələni edəcəyik ki, qida təhlükəsizliyinin təmininə töhfə verək” deyən Ə.Abdullayev rəhbəri olduğu şirkətin fəaliyyətini daha da innovativ texnologiyalardan istifadə edərək genişləndirməyi düşünür. İlkin olaraq, 4 nəfərlə işə başlayan “EMA” QSC bugün yalnız yüzlərlə insanınin iş yeri deyil, o, həm də ölkənin kənd təsərrüfatının inkişafına səbəb olan mərkəzlərindən biridir. Bundan sonra işini daha da genişləndirməyi planlaşdıran “EMA” şirkətinin bu yolda nailiyyətlər qazanacağı isə şübhəsizdir.
Mənbə: emaagro.az
EMA Haqqında
EMA şirkəti Azərbaycanda kənd təsərrüfatı üçün dərman, gübrə, toxum və avadanlıq sahələrində 1996-cı ildə fəaliyyətə başlayan ilk və qabaqcıl şirkətdir. EMA şirkəti dünya miqyaslı lider şirkətlərinin Azərbaycanda rəsmi distributurudur. Şirkətimiz həm yerli,həm də əcnəbi mütəxəssis aqronomlar komandasına sahibdir və bunun sayəsində müştərilərmizə və partnyorlarımıza ən qısa zamanda ən təsirli həll yolarını təklif edir.
Missiyamız: Şirkətimiz dəyərlərinə bağlı qalaraq xalqımızı və ətraf mühiti qoruyaraq ən keyfiyyətli məhsul və xidmətləri təklif edir. Azərbaycan kənd təsərrüfatı üçün yeni texnologiyalar təqdim edir və xidmətləri göstərir.
Məqsədimiz: Kənd təsərrüfatı sektorunda müştərilərmizin tələblərini diqqətlə müəyyənləşdirərək mütəmadi inkişaf edən və həm ölkəmizə, həm də partnyorlarımıza dəyər qatan bir şirkət olmaqdır...