“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
Mikayıl İsmayılovun oğlunun Fidanla bağlı 100 minlik tələbi rədd edildi
Xətai Rayon Məhkəməsində SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin əvvəllər qeyri-rəsmi nikahda yaşadığı Fidan Abbasovaya qarşı mülki iddiasına baxılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Orxan İsmayılzadənin Fidan Abbasovaya qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsinə dair mülki iddiası rədd edilib. Belə ki, M.İsmayılovun oğlu F.Abbasovanın onun barəsində şəxsi həyata dair məlumatlar yaymaqla nüfuzunu ləkələdiyini bildirib və 100 min manat təzminat tələb edib. Lakin Xətai Rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə iddia rədd edilib.
Əldə etdiyimiz digər məlumata görə, hazırda Sabunçu Rayon Məkəməsində Fidan Abbasovanın övladının atalıq hüququ ilə bağlı da məhkəmə prosesi davam edir. Həmin iş üzrə məhkəmə Orxan İsmayılzadənin uşağın atası olub-olmaması barədə genetik ekspertiza təyin edib və yaxın vaxtlarda rəy açıqlanacaq.
Qeyd edək ki, Fidan Abbasova bir neçə ay əvvəl mediaya müsahibəsində vaxtilə birgə yaşadığı Orxan İsmayılzadədən övladının dünyaya gəldiyini iddia edərək, ona atalıq hüququ verməməsindən şikayətlənib.
F.Abbasova açıqlamasında müəyyən vədlərlə aldadıldığını deyib. Bildirib ki, vəkil vasitəsilə ona saxta barışıq sənədi imzaladıblar və sonda qarşı tərəf öz öhdəliklərinə əməl etməyib.

























































