Menu
Xəbər Lenti
Buzovnada mənzildə yanğın
21-10-2026, 10:14

Buzovnada mənzildə yanğın

Yaşıl ulduz kəşf edildi
21-10-2026, 09:48

Yaşıl ulduz kəşf edildi

İsrailə gizli səfər etdi
20-10-2026, 10:31

İsrailə gizli səfər etdi

31 İyul 2024 10:38Manşet / Gündəm

VAQİFİN MƏQBƏRƏSİNDƏ


“Vaqif Poeziya Günləri”nin açılışında şairin məqbərəsi önündə duşüncələrim

Ruhumda şeir havası,
Könlümdə Şuşa həvəsi,
Bəmdədi Bülbülün səsi
Vaqifin məqbərəsində.

Şəhidin zəfər şöləsi,
Şahanə söz şəlaləsi,
Dilimdə sözün səlisi
Vaqifin məqbərəsində.

Şuşanın şirin şivəsi,
Sözümün şəhdi-şirəsi,
“Qarabağ-Xan şikəstəsi”...
Vaqifin məqbərəsində.

Dilimdə Vaqif ahəngi,
İstədim tər söz çələngi,
Şuşatək çaları, rəngi
Vaqifin məqbərəsində.

Dünyada xarıbülbültək
Olarmı bir rəmz gül-çiçək?..
Şairə salam söyləyək
Vaqifin məqbərəsində.

Şuşa, 18.07.2024
Tapdıq ƏLİBƏYLİ


VAQİFİN  MƏQBƏRƏSİNDƏ
VAQİFİN  MƏQBƏRƏSİNDƏ