18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Xalqa milli qürurunu qaytaran LİDER
Müzəffər Ali Baş komandan, cənab Prezident! Siz dünya miqyasında öz xüsusi çəkisi, yeri olan, xalqını dünyaya tanıdan, özü də yeni bir tarix yazan liderlərdən, sərkərdələrdənsiniz. Xalq, millət, dövlət özünün layiq olduğu rəhbəri ilə, lideri ilə tanınır. Allah belə bir xoşbəxtliyi Sizin simanızda Azərbaycan xalqına bəxş edib. Siz Azərbaycan tarixinə qalib dövlət başçısı kimi düşdünüz. İşğalda olan torpaqlarımızı azad edib, düşmənləri bu ərazidən çıxarıb, həmin ərazilərdə suverenliyimizi bərpa etdiniz. Bu, günümüzün reallığı, qazandığımız hərbi zəfərimizdir. 2020-ci ilin sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin münaqişə zonasında təmas xəttini pozaraq mövqelərimizə etdikləri hücuma cavab olaraq müzəffər, nizamlı Azərbaycan Ordusu əks hücuma keçərək düşmənə ağır zərbələr endirərək, onları böyük insan, ərazi, hərbi sursat və texnika itkisinə məruz qoydular. Hərbi sənayemizin inkişafına böyük diqqət yetirərək Milli Ordumuzu dünya standartlarına cavab verən müasir hərbi texnika ilə təmin etməyiniz, əlbəttə ki, düşmənə endirilən sarsıdıcı zərbələrdə öz sözünü dedi. Dəmir intizamlı, nizamlı ordu qətiyyətli iradəniz və düşünülmüş əmrlərinizlə uğurlu hərbi əməliyyatlar aparmağa zəmin yaratdı. Arxa cəbhədə, cəmiyyətdə, xalqın, bütün siyasi partiyaların, müxalifətin birliyinə nail olaraq, onların respublika Prezidenti-Ali Baş Komandan ətrafında sıx birləşməsi, yəni Xalq-Dövlət-Ordu birliyi zəfərə, qələbəyə aparan yolda mayak rolunu oynadı. Noyabrın 8-də Şuşanın işğaldan azad olunması bütün nisgillərə, kədərə, həsrətə, ümidsizliyə, bədbinliyə, intizar və yaşlı gözlərə son qoydu, bizim qələbəni elan etməyimizə, düşmənin kapitulyasiyasına nail olmağımıza həlledici təsir göstərdi. Ermənistan Respublikasının tam kapitulyasiyası Azərbaycan Respublikasının, Azərbaycan xalqının gözlənilən tarixi qələbəsi oldu. 2023-cü ilin sentyabr ayında Müzəffər Ali Baş Komandan anti-terror tədbirlərindən sonra qədim tarixi torpağımız olan Xankəndidə üçrəngli bayrağımızı ucaltdı. Qətiyyətlə söyləyə bilərəm ki, bu şanlı tarixin yazılmasının əsas memarı- Ali Baş Komandan, qalib sərkərdə Sizsiniz, cənab Prezident. 44 günlük Vətən müharibəsində qazanılan qələbə Azərbaycan qarşısında yeni üfüqlər açdı. Ölkə dinc quruculuq dövrünə qədəm qoydu.
Tariyel Qurbanov
Art Right MMC





















































