Menu
Xəbər Lenti
Milli maraqlar uğrunda
17-09-2024, 17:28

Milli maraqlar uğrunda

Bu rayonlarda su kəsiləcək
16-09-2024, 07:25

Bu rayonlarda su kəsiləcək

29 Tem 11:39Manşet / Gündəm

Səhliyalı MMC-nin “1000 Bərəkət Halal Nemət” markası ilə halallığa 100% zəmanət

 

"Səhliyalı MMC" tərəfindən təqdim edilən “1000 Bərəkət Halal Nemət” markası, məhsullarının halallığına 100% zəmanət verir. Bu marka, İslam dininə uyğun istehsal edilən məhsullar təqdim etməklə müştərilərinə etibar qazanır. Məhsulların halal sertifikatları mövcuddur və istehsal prosesində bütün İslami qaydalara riayət edilir.


Səndən hərəkət, keyfiyyət bir müştəri olaraq məndən halallıq və daimi qarşılılıq. Bu gün bütün dünya bu standartla işləyir. Keyfiyyətli məhsulun qarşılığı olaraq daimi və məmnun müştəri qazanmaq prinsipi ilə. Bu istehsalın ən ümdə devizi və letmotivi olmalıdır. Belə olmasaydı nəsildən-nəsilə keçən brend markaları yaranmaz, ömürləri qısa və unudulan olardı. Bu gün vətənimiz Azərbaycan hər sadə olduğu kimi sahibkarlıq sferasında da böyük inkişaf və intibah dövrünü yaşayır. Biz hər sahədə olduğu kimi sahibkarlıq sahəsində də dünyaya meydan oxumağı bacaran dövlət olduğumuzu sübut etməyə bacardıq. Bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan kiçik və böyük sahibkarlıq bir məqsəd və mərama xidmət etməyə başladı. Səriştən var, özünə güvənin necə? Varsa buyur gəl, yol və yer sənindi. Hər bir başlanan işin mayasında halallıq və sevgi dayanarsa həmin işin sonu işıqlı, ömrü uzun olar.


İslami, dini inancı olan bir dövlət olaraq kolabasa, sosis istehsalı Azərbaycan üçün birmənalı qəbul olunmur. Bu istehsal sahəsi həm böyük məsuliyyət, həm də böyük incəlik tələb edir. Halallıq istehsalın aparıcı xəttinə çevrilməlidi.


ŞİRKƏT HAQQINDA


2009-cu ildə Xırdalan yaxınlığında iki istehsal xətti olan, ətin emalından, kolbasa və delikateslərin buraxılmasından tutmuş, konkret istehlakçının sifarişinə uyğun hazır məhsulun yüklənməsinə qədər bütün emal prosesini müstəqil həyata keçirən tamamilə yeni müəssisə tikildi.


Avstriyanın aparıcı istehsalçısı «SCHALLER» texnoloji kompleksinə əsaslanan, gigiyenanın ən yüksək tələblərini və ciddi laboratoriya ekspertizasını özündə ehtiva edən «Sahliyali» haqlı olaraq bazarın liderinə çevrildi. Şirkətin bütün aparıcı mütəxəssisləri Avropada tam təkrar hazırlıq keçdilər və şirkətin tarixində yeni səhifə yazmağa tam hazır idilər. Məhsullar tam rebrendinqə məruz qaldılar, malların qablaşdırılması dizaynını dəyişməklə bərabər, dad keyfiyyəti nəzərə çarpacaq dərəcədə yaxşılaşdırıldı.


«Sahliyali» şirkəti fəaliyyətə 1996-cı ildə Azərbaycan bazarında iri ət təchizatçısı kimi fəaliyyətə başlayıb. Növbəti üç il ərzində şirkətin əsasında ət məhsulları çeşidi bir neçə kolbasa növü ilə təqdim olunan ilk kolbasa sexi yaradıldı. Həmin vaxtlar ilk növbədə kolbasa məmulatlarının keyfiyyətinə və nadirliyinə diqqət yetirilirdi.


İllər keçdikcə bazar inkişaf etdi, istehsal olunan ət məmulatlarının çeşidi genişləndi, şirkətin məhsulları istehlakçılarda etibar qazandı. Şirkətdə daim inkişaf tələb olunurdu, lakin köhnəlmiş texnologiyalarla buna nail olmaq çox çətin idi. Buna görə həmin dövrdə şirkət rəhbərliyi avadanlığın modernləşdirilməsini və məhsulun keyfiyyətinin yaxşılaşdırılmasını əsas prioritet kimi müəyyən etdi və bütün avadanlıqlar ən son texnoloji yeniləklər tətbiq edilərək dəyişdirildi.


KOLBASA VƏ SOSİS MƏHSULLARI


Dadı damağınızda qalacaq! “1000 BƏRƏKƏT, HALAL NEMƏT” brendinə məxsus ət və ət məhsulları – ənənəvi reseptlərlə, ən müasir avadanlıqlarda, ən yaxşı xammaldan istifadə olunmaqla hazırlanır.


MİSSİYAMIZ, MƏQSƏDİMİZ NƏDİR?


“Səhliyalı” kiçik müəssisəsi 1996-cı ildə Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi səmərəli siyasətin ölkə iqtisdiyyatının inkişafına müsbət təsirini göstərdiyi vaxtlarda fəaliyyətə başlayıb. Şirkətin “1000 bərəkət, halal nemət” ticarət nişanı isə 2009-cu ildən bəri fəaliyyətdədir. Şirkət gün ərzində tələbata uyğun olaraq orta hesabla 5 tona qədər kolbasa istehsal edir. Qabaqcıl texniki avadanlıqların istifadəsi və beləliklə də keyfiyyət nişanının qorunması şirkətin əsas iş prinsipidir.


Məlumdur ki, yeyinti sənayesindəki istehsalın keyfiyyət zəmanəti onun gigiyenik normalara cavab verməsidir. Bunu yaxşı anlayan “Səhliyalı” şirkətində gigiyena qaydaları və məhsulun keyfiyyətinə nəzarətə ciddi şəkildə əməl olunur. Hər bir çeşid mərhələli şəkildə- emaldan qablaşdırmaya qədər yoxlanılır və bazara çıxarılır. Avstriyanın aparıcı istehsalçısı «SCHALLER» texnoloji kompleksinə əsaslanan, gigiyenanın ən yüksək tələblərini və ciddi laboratoriya ekspertizasını özündə ehtiva edən «Sahliyalı»nın bütün aparıcı mütəxəssisləri Avropada tam təkrar hazırlıq keçiblər.


Müəssisənin öz yardımçı təsərrüfatı da var. Həmin təsərrüfatda 1000-1500 baş iribuynuzlu mal-qara və 2000 baş qoyun saxlanılır və bu təsərrüfat ölkənin ekoloji cəhətdən təmiz guşələrindən biri olan İsmayıllıda yerləşir. Orada saxlanılan heyvanların həm südündən istifadə edilir, həm də şirkət ət tədarükünü bu heyvanlar vasitəsilə təmin edir.


Qeyd etmək istəyirik ki, Qida Təhlükəsizliyi Agentliyi yarandıqdan sonra istifadə edilən ətin keyfiyyətinə nəzarət ikiqat artıb. Belə ki, canlı heyvanı ilk olaraq Qida Təhlükəsizliyi Agentliyinin şirkətdə çalışan baytar həkimi qəbul edərək, sağlamlığına baxış keçirir. Bu mərhələdən keçən heyvanın kəsildikdən sonra əti təkrarən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılır. Yalnız bundan sonra şirkətin öz laboratoriyasına aparılır. Şirkətin kəsim sexi fəaliyyət göstərir ki, bu sexə xüsusi geyim, baş örtüyü, əlcək, baxıl geyinmədən kimsə buraxılmır.


Eyni zamanda, qapıda xüsusi turniket quraşdırılıb ki, bu turniket birbaşa dezinfeksiya aparatı ilə əlaqəlidir. İçəri keçmək istəyən şəxs əllərini dezinfeksiya etməsə, turniket açılmır. Burada döşəmə Avropa istehsalı olan xüsusi materialdan hazırlanıb, antibakteriolojidir. Divarlar və tavan xüsusi materialdandır. Zavod başdan-ayağa tam müasir standartlara uyğun gələn alman texnologiyası ilə qurulub. Ümumiyyətlə, burada heyvanlar həm kəsimdən əvvəl, həm də sonra olmaqla iki dəfə müayinə edilir. Şirkətdə bütün aktiv sahələr hər gün dezinfeksiya olunur.


Digər sahələr isə plan əsasında dezinfeksiya edilir. Kəsim sexində heyvanlar üzü qibləyə, islam qaydalarına uyğun formada kəsilir, soyulur, baytar həkimlər tərəfindən yoxlanılması ilə bağlı möhürlənir, hissələrə ayrılır və istehsala verilir. Eyni zamanda ət nömrələnir ki, sona qədər prosesi izləmək mümkün olsun. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ətləri yoxladıqdan sonra, şirkət ətləri öz laboratoriyasında təkrarən müayinə edir. Şirkətin laboratoriyası bütün müasir avadanlıqlarla təchiz edilib. Burada heyvanlar kəsildikdən sonra onların limfa düyünlərindən nümunə götürülür. 4-cü, 5-ci fəqərədən ət parçaları götürüb, yoxlanılır. Ətlər üzərində bakterioloji müayinə də aparılır. İstehsal sahəsində çalışanlar hər gün səhər yoxlanılır. Onlar içəriyə telefon və ya digər əşyalar keçirə bilmirlər. Həmçinin içəriyə daxil olan və içəridən çıxan hər bir kəsin əlləri, ayaqları dezinfeksiya olunur. Bu prosesdən keçməsən, turniket açılmır və içəridəsənsə, çölə çıxa, çöldəsənsə, içəriyə daxil ola bilmirsən.


"SƏHLİYALI" BİR HOLDİNQ KİMİ


Qeyd edək ki, “Səhliyalı” müəssisəsi holdinq kimi fəaliyyət göstərir. Burada 4 müxtəlif sex fəaliyyətdədir. Bunlardan biri kəsim və yarımfabrikatlar sexidir. Burada iri və xırda buynuzlu mal-qaraların kəsimi baş verir. Eyni zamanda çiy və bişmiş dönər istehsal edilir. Bundan başqa, iki kolbasa sexi var. Onların istehsal yerlərindən tutmuş sexləri, cihazları, qablaşdırması, hətta giriş-çıxış qapısı belə ayrıdır. Bu müəssisələrin birində istehsal qaydalara uyğun, halal məhsul dediyimiz kolbasalar, digərində isə köhnə standartlara uyğun donuz əti ilə qarışığı olan kolbasalar istehsal edilir. 4-cü zavodda isə süd məhsulları istehsal edilir. Zavodda bütün dezinfeksiya prosesləri yüksək səviyyədə həyata keçirilir. Bununla bağlı 6 ildən çoxdur ki, müvafiq standart da alınıb.


Eyni zamanda, zavodda dezinseksiya prosesi də aparılır. Yəni uçan, yeriyən həşəratların zavod ərazisinə daxil olmasına imkan verilmir. Bununla bağlı şirkətin müvafiq idarələrlə xüsusi müqavilələri var. İstehsal edilən bişmiş və hisə verilmiş kolbasaların hər biri ayrı-ayrılıqda 72 dərəcə temperaturda bişirilir, bununla da bütün bakteriyalar məhv olur. Ət məhsullarına vurulan ədviyyatlar, kərə yağları xüsusi yerdə saxlanılır. İstehsal prosesində istifadə olunan bütün avadanlıqlar xüsusi aparatlarda dezinfeksiya edilərək yuyulur. Onu da qeyd edək ki, hazırda şirkətdə yüzlərlə əməkdaş çalışır və onların rahat işləməsi, istirahəti, qidalanması üçün hər bir şərait yaradılıb. Müəssisə daxilində bir neçə yeməkxana mövcuddur. Burada eyni anda 100-ə yaxın işçi yemək yeyə bilir.


 

 

Halal Nemət 1000 Bərəkət

"Səhliyalı" şirkətinin əsas brendi olan "Halal Nemət 1000 Bərəkət" 2009-cu ildə yaradılıb. Şirkət hazırda bu brend adı altında əlli çeşiddən çox məhsul istehsal edir. Manqalüstü sosisləri də məhz bu brendin məhsuludur.

Məhsulların hazırlanma prosesində ənənəvi reseptlərdən, müasir avadanlıqlardan, əla növ xammaldan istifadə olunur.

Qeyd etmək lazımdır ki, şirkət qeyri-halal məhsullar da istehsal edir, lakin "Min Bərəkət, Halal Nemət"in məhsulları ilə qeyri-halal məhsullar fərqli sexlərdə hazırlanır. Hətta çalışanların yeməkxanası, şirkətdən çıxış qapıları belə fərqlidir.

Onu da bildirək ki, istehsalın hər bir mərhələsində sanitar-gigiyenik tələblərə ciddi nəzarət olunur.
Bütün avadanlığın və istehsal otaqlarının gündəlik sterilizasiya emalı yüksək Avropa standartlarına uyğundur.
Bu işdə polimer materialların və örtüklərin istifadəsi nəzərə çarpan effekt verir.
İşə başlamazdan əvvəl bütün istehsal xəttləri qüvvədə olan normalara müvafiq olaraq tam sanitar emaldan keçirilir.

 

Dadlı Nemət 1000 Bərəkət

"Səhliyalı" şirkətinin mühüm qollarından biri də "Dadlı Nemət 1000 Bərəkət " adı altında fəaliyyət göstərən süd məhsullarının istehsal sahəsidir. Bu brend adı altında şirkət süd məhsulları - müxtəlif ölçülü qablaşdırmada qatıq, xama, dovğa, saçaq pendiri istehsal edir və bazara çıxarır.

 

“HALAL NEMƏT MİN BƏRƏKƏT” ƏMTƏƏ NİŞANI İLƏ TANINAN “SƏHLİYALI” MÜƏSSİSƏSİNDƏ KƏSİM SEXİ DƏ FƏALİYYƏT GÖSTƏRİR. KOLBASA VƏ SOSİS İSTEHSALINDA TƏLƏB OLUNAN ƏT ELƏ MÜƏSSİSƏNİN DAXİLİNDƏKİ SEXDƏ KƏSİLİR VƏ İSTEHSALA TƏQDİM EDİLİR.

“HALAL KƏSİM” İSTEHSALAT SAHƏSİ 2600 KV/M, MAL QƏBULU SAHƏSİ 600 KV/M, OFİSLƏR 1100 KV/M-DƏN İBARƏTDİR. BÜTÜN SAHƏLƏR GİGİYENA QAYDALARINA UYĞUN MATERİALLARLA TƏCHİZ OLUNUB. QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ TƏRƏFİNDƏN BÜTÜN PROSESLƏRƏ NƏZARƏT OLUNUR.

İstehsal edilən məhsulun özünəməxsusluğu bu gün hazırlanan dönərin 1 və ya 10 il sonra da eyni standartla və eyni keyfiyyətlə hazırlanmasıdır. Məhsul Almaniyadan gətirilən son texnologiya ilə hazırlanır. Ətlər standart- 2.5 millimetr qalınlığında açılır. Açılan ətlər ət daşıma qazanlarına qoyulur və üzərinə standart miqdarda ədviyyatlar əlavə edilir. Burada qoyulan statndartlardan kənara çıxılması mümkün deyil. Daha sonra ədviyyat əlavə edilmiş ətlər “Thumbler” adlı vakumlu, soyuduculu, masaj apartına qoyulur. Aparatda təxminən 1.5 saat saxlanılan ədviyyatlı ətlər “Thumbler”in içərisindən çıxarılır və bloklama yerinə aparılır

İstixana – parniklərimizdə il ərzində iki sezon olmaqla ümumilikdə 1500 tondan artıq məhsul istehsal olunur. İstehsal olunan məhsullar yerli və xarici bazarda satışa çıxarılır. Əkilən şitillər Ahu və Pink Çempion növləridir. İstixanada yüksək keyfiyətli və dünya standartlarına uyğun istehsal həyata keçirilir. 21 hektarlıq ərazidə yerləşən ərazidə 6 hektar istixana və 4 hektar texniki zonaya malikdir. Hər birində 17 tunel olmaqla təxmini 135000 şitil tutumu olan parniklərdə istilik sistemleri İsrailin Netafim şirkəti tərəfindən qurulmuşdur.

 

"Xəzinə Palace" şadlıq sarayı "Səhliyalı" şirkətinə daxil olan müəssisələrdən biridir. Xırdalan şəhərində yerləşən şadlıq sarayı iki böyük zalla xidmətinizdədir. Siz də toyunuzu dəbdəbəli məkanlardan birində keçirmək istəyirsinizsə, gülərüz personalı ilə Xəzinə Palace yolunuzu gözləyir.

Əlaqə: 050 266 01 11

Əlaqə vasitələri

Telefon
(+994) 125991122(+994) 556800009
Ünvan
Azərbaycan, Bakı, Xırdalan şəh.Azərbaycan, Bakı, Azadliq pr.86

 

Hazırladı: Vüqar Əsədov
Şöbə müdiri