Menu
Xəbər Lenti
Bəzi yerlərə leysan yağır
16-10-2024, 07:56

Bəzi yerlərə leysan yağır

İspaniya pley-offda!
16-10-2024, 07:29

İspaniya pley-offda!

Tıxac olan yollar - Siyahı
15-10-2024, 07:43

Tıxac olan yollar - Siyahı

20 Tem 14:32Manşet / Gündəm / Siyasət

Prezident İlahm Əliyev idmana böyük diqqət və qayğı göstərir

 

“Prezident İlham Əliyev ölkə idmanının inkişafına və idmançılara xüsusi diqqət və qayğı göstərir”


“Azərbaycan həyata keçirilən uğurlu idman siyasəti nəticəsində dünyada idman ölkəsi kimi tanınır. Prezident İlham Əliyev hər zaman ölkə idmanının inkişafına və idmançılara xüsusi diqqət və qayğı göstərir.


Hər bir ölkə, eləcə də xalq üçün  sağlamlıq ən əsas vəzifə hesab edilir. Dövlətimiz tərəfindən idmançılarımıza göstərilən qayğı onlarda böyük ruh yüksəkliyi oyadır. Prezident İlham Əliyev idmanın inkişafına böyük təkan verməklə yanaşı, minlərlə yeniyetmə və gəncin sağlam ruhda tərbiyə edilməsi üçün bütün zəruri tədbirlərin görülməsinə şərait yaradıb. Respublikamızda idman bölmələrinə axın edən gənclərin sayı günü-gündən artmaqdadır. Ölkəmizin əksər regionlarında müasir standartlara cavab verən Olimpiya İdman kompleksləri, stadionlar və idman zalları tikilərək idmançılarımızın istifadəsinə verilir.


Azərbaycanda idmana olan münasibət digər ölkələrə nümunə kimi göstərilməkdədir. Ölkəmizin nüfuzlu idman yarışlarına və tədbirlərinə ev sahibliyi etməsi, təmsilçilərimizin mötəbər yarışlarda medallar qazanması respublikamızı dünyada inkişaf etmiş idman ölkəsi kimi tanıdıb. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın dünya miqyasında idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət kimi idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir.  Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının dediyi kimi- “Hər bir idman qələbəsi, xüsusilə, mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qüruru, milli ruhu yüksəldir. Ona görə idmanın hər bir ölkənin həyatında çox önəmli rolu var”.


 

   Ölkəmiz artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir. Qürur hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan beynəlxalq idman ailəsində layiqli yerini tutmaqdadır. Artıq idmançılarımız beynəlxalq səviyyəli yarışlarda ölkəmizi qalib gəlmiş müzəffər xalqın nümayəndəsi kimi təmsil edir.


İlham Əliyev cənablarının idmana və idmançılara göstərdiyi yüksək qayğının nümunəsi kimi idmançılar üçün Prezident təqaüdünün təsis edilməsi, dövlət başçısının göstərişi əsasında isə Milli Olimpiya Komitəsi respublikanın adlı-sanlı idmançıları üçün aylıq təqaüd təsis edilmişdir. Hər ilin yekunlarına görə idmançılara mənzillər və digər mükafatlar verilir, idman mütəxəssislərinə, məşqçilərə böyük həcmdə yardım göstərilir. Prezident İlham Əliyev qazanılmış idman nailiyyətlərinin nümayiş etdirilməsi ilə yanaşı, idman tarixinin öyrənilməsi və təbliği, gənc nəslə sağlam həyat tərzi vərdişlərinin aşılanması, onların milli-mənəvi dəyərlər ruhunda tərbiyə nması istiqamətində də kompleks tədbirlər həyata keçirir.


Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində idman amili çox böyük rol oynayır: “Gənclərdə vətənpərvərlik hissləri daim yüksək olmalıdır. Vətənpərvərlik hissləri, Vətənə olan sevgi, bağlılıq Vətən müharibəsində əsas rol oynadı. Məhz qələbəmizi də şərtləndirən döyüşçülərin əzmkarlığı, Vətənə olan bağlılığı idi ki, bu da vətənpərvərlikdən irəli gəlir. Otuz ilə yaxın beynəlxalq arenalarda, istər idman, istər siyasi arenalarda Azərbaycan məğlub edilmiş ölkə kimi təmsil olunduğuna diqqət çəkən cənab Prezident  İlham Əliyev bu məğlubiyyətin səbəbləri haqqında faktları gənclərlə bölüşdü. O vaxtkı antimilli hakimiyyətin xəyanətkarlığı, ordunun olmaması, Ermənistana xarici dövlətlərin göstərdikləri yardımlar – bütün bu amillər məğlubiyyəti şərtləndirmişdi.  Bu gün idmançılarımız beynəlxalq yarışlarda artıq qalib gəlmiş müzəffər xalqı təmsil edirlər. Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğular mütləq olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar. Gənc idmançılarla görüşdə cənab Prezident, Müəzffər Ali Baş Komandan İlham Əliyev ermənilərin xalqımıza qarşı soyqırımı törətmələri, etnik təmizləmə siyasəti aparmaları haqqnda söz açaraq  Azərbaycan xalqının isə düşməndən intiqamı yalnız döyüş meydanında almasına diqqət çəkdi. Ölkə başçısının gənc idmançılarla görüş zamanı adiyyatı qrumlar və eyni zamanda idman ictimaiyyəti qarşısında qoyduğu mühüm vəzifələrdən biri də azad edilmiş torpaqlarda idmanın inkişaf etdirilməsi tapşırığı oldu. Cənab Prezident İlham Əliyev bu istiqamətdə işlərin artıq görüldüyünü və stadionların, idman komplekslərinin, eləcə də digər idman qurğularının azad edilmiş bütün şəhərlərin Baş planlarında öz əksini tapdığını diqqətə çatdırdı”.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin digər sahələrdə olduğu kimi idman sahəsinə də də diqqət və qayğısı onu göstərir ki, Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək və idmançılarımız böyük uğurlar qazanacaq.


 

Fuad Hacıyev

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru

Hazırladı: Vüqar Əsədov

Araşdırmaçı-jurnalist