Menu
Xəbər Lenti
COP 29-da Qadın Həmrəyliyi
23-11-2024, 16:53

COP 29-da Qadın Həmrəyliyi

COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

19 Tem 13:49Manşet / Gündəm

YÜKSƏK PEŞƏKARLIQ VƏ VƏTƏNDAŞLIQ MİSSİYASI

 

Peşəkar, Məsuliyyətli, Cavabdeh, İctimai-siyasi xadim...

 

Bir  işimiz çətinə düşəndə  əllərimizi GÖYLƏRƏ açıb aman diləyirik. İnsan oğlu yaranışdan belədir! Kimi üçün Tanrı, kimi üçün Allah, kimi üçün  “KƏHKƏŞAN”, kimi üçün də “YARADAN” deyib sığındığı doğulduğu gündən hər kəsin üzərinə bir missiya, bir borc qoyur.  Xoş o kəslərin halına ki,  ondan yuxarıdakı  inandığına xəyanət etmir, əməli düz, işi düzənli, kimsəyə yalan demir, kimsənin qəlbin qırmır, əlsizə əl tutur, yetimin başın sığallayır.
Belə insanlar, əslində üzərlərinə Allahın qoyduğu missiyanı tək yerinə yetirir, “Sağ əlin verdiyindən, sol əlin xəbəri olmaz” deyir.
Sağ əli ilə verdiyini, sol əlinə söyləməyən, Tanrının da, Allahın da, Yaradanın da, kasıbın da, yetimin də sevdiyi bir KİŞİ var
Azərbaycanda. Bu şəxsiyyətin adını çox qürurla qeyd edirəm – vətənpərvər, ləyaqətli, sədaqətli, qayğıkeş, zəhmətkeş, eli-obasının təəssübünü çəkən əslən cənub bölgəsindən olan Fərhad Şövlət oğlu Əliyev. Mənim üçün Fərhad müəllim dost,  kimlər üçünsə son ümid yeri,  kimlər üçün isə  ictimai-siyasi xadim...
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, Allahın bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.  
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Azərbaycanlı vətənpərvər insan Fərhad Əliyev qazilərin, şəhid ailələrinin, veteranların, kimsəsizlərin yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Fərhad müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əks-hücum əməliyyatı zamanı ölkə vətəndaşlarına, şanlı ordumuzun əsgərlərinə və ailələrinə əlindən gələn köməkliyini göstərmiş, və onların qayğısına qalmışdır.
Fərhad müəllim şərəfli ömür yolu, dövlətə-dövlətçiliyə bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış belə dəyərli insanlardan biridir. Həmişə haqq və ədalət prinsipinə sədaqətlə xidmət edir. Hər bir insanın təkcə gələcək həyat yolunun deyil, həm də peşə seçiminin düzgün müəyyənləşməsində havasını udduğu, suyunu-çörəyini daddığı torpağın, doğulub boya-başa çatdığı ailənin, əhatə olunduğu cəmiyyətin rolu birmənalıdır. Bu amillər istənilən fərdin istedadının parlamasında, üzə çıxmasında və püxtələşməsində mühüm rol oynayır.


 

Zəruri giriş:

Fərhad Şövlət oğlu Əliyev (1 aprel 1963, Alar, Cəlilabad rayonu) — Azərbaycan dövlət xadimi, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri (2001–2005), dövlət əmlakı naziri (1999–2001), ticarət naziri (1999).

Fərhad Şövlət oğlu Əliyev 1963-cü ildə Cəlilabad rayonunda anadan olub. 7 yaşında ikən atası Əliyev Şövlət xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzasında həlak olub. Bundan sonra ailənin bütün yükü anası Şövkət Əliyevanın üzərinə düşüb və o, himayəsindəki 8 uşağı təkbaşına böyüdüb.

Fərhad Əliyev 1970–1980-ci illərdə Cəlilabadın Alar kəndindəki orta məktəbdə təhsil alıb. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra o, 1980-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (AzİMİ) daxil olub və 1985-ci ildə ali məktəbi bitirib. Həm in ildə Cəlilabad rayonunda əmək fəaliyyətinə başlayıb. 1985–1987-ci illərdə sovet ordusunda müddətli hərbi xidmətdə olub. Hərbi xidməti başa vurduqdan sonra yenidən əmək fəaliyyətini davam etdirib.

Fərhad Əliyev ali məktəbdə oxuduğu və orduda xidmət etdiyi zamanlarda ictimai işlərdə fəal iştirak edib. O, ADİMİ-nin Tələbə Həmkarlar Təşkilatının sədr müavini seçilib, orduda nümunəvi xidmətinə görə dəfələrlə mükafatlandırılıb.

F. Əliyev 1985–1990-cı illərdə ictimai fəaliyyətlə yanaşı müxtəlif dövlət işlərində çalışıb. O zaman Azərbaycanın ictimai-siyasi həyatında önəmli rol oynayan Azərbaycan Komsomol Təşkilatı Mərkəzi Komitəsinin təşkilat şöbəsində sektor müdiri vəzifəsinə qədər yüksəlib. Beynəlxalq turizm "Sputnik" Səhmdar Cəmiyyətinin prezidenti olub.

1990–1997-ci illərdə turizm, ticarət, inşaat, istehsalat sahəsində işləyən özəl şirkətlərə başçılıq edib. Son 10 ildə hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub.

O, 1997-ci ildən əmək fəaliyyətini dövlət aparatında ticarət nazirinin birinci müavini vəzifəsində davam etdirməyə başlayıb. Bir qədər sonra isə Fərhad Əliyev Azərbaycan Respublikasının ticarət naziri vəzifəsinə təyin olunub. 1999–2001-ci illərdə dövlət əmlak naziri vəzifəsində işləyib.

2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin qərarı ilə İqtisadiyyat, Ticarət və Dövlət Əmlakı nazirlikləri, Antiinhisar və Sahibkarlığa Yardım Komitəsi, Xarici İnvestisiyalar üzrə Dövlət Agentliyi birləşdirilərək İqtisadi İnkişaf Nazirliyi yaradılıb və Fərhad Əliyev nazirliyin başçısı təyin olunub.

2005-ci il oktyabrın 19-da parlament seçkiləri ərəfəsində iqtisadi inkişaf naziri Fərhad Əliyev öz xidməti kabinetində həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. 14 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir

Ailəlidir. İki övladı var. Həyat yoldaşı Səbinə Əliyeva Azərbaycan Tibb Universitetinin məzunudur.

1969-cu il təvəllüdlü qardaşı Sudeyif Əliyev Beynəlxalq Bankın Cəlilabad rayon şöbəsinin sədri vəzifəsində çalışmış, 19 yanvar 2015-ci ildə Bakı şəhərində vəfat etmişdir. 1994 təvəllüdlü oğlu Yusif Əliyev, İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. (Mənbə: Vikipediya)

 

Fərhad Əliyevin istər rəhbərliyi olsun, istərsə də ictimai fəaliyyətinin hər bir parlaq səhifəsi xalqa təmənnasız xidmət nümunələri ilə zəngin olub, onun əsl ziyalı və nəcib şəxsiyyət imicini tamamlayır. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyaraq vəzifəsini vicdanla yerinə yetirərək, xalqımıza əvəzsiz töhfələr verib.   
Fərhad müəllim bütün varlığı, ruhu ilə dövlətinə xidmət edən insan, nurlu şəxsiyyətdir. O bu gün də daxildən gələn tükənməz bir enerji ilə çalışır, üzərinə götürdüyü çətin və məsuliyyətli missiyanı ləyaqətlə, vicdanla yerinə yetirmək, saf və ali məqsədlərə pillə-pillə yetişmək üçün zəhmətdən çəkinmir. Bütün bu keyfiyyətlər isə onun daha böyük həyat və yüksək pillələrə uğurlarına möhkəm zəmin yaradır.
Azərbaycanlı vətənpərvər insan Fərhad Əliyevin şərəfli ömür yolunu, sanballı rəhbərlik məharətini, yüksək insani dəyərlər məcmusunu, ən nəhayət, ləyaqətli, mərd, əsl Azərbaycan kişisi obrazını təcəssüm etdirir. Mənalı ömrünü doğma Azərbaycanı və sevimli milləti üçün yaşayan Fərhad müəllim, əminik ki, qarşıdakı illərdə həyatının daha məhsuldar dövrünü, iş fəaliyyətinin daha parlaq səhifələrini yaşayacaqdır!
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Fərhad Əliyev Prezident cənab İlham Əliyevin etimadını yüksək səviyyədə qazanmışdır. Araşdırmaçı jurnalist olaraq Fərhad müəllimə işində uğurlar diləyirəm. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
İnsanlar tarixdə öz gözəl, xeyirxah əməllərinə görə yaşayır və gələcək nəsillərə örnək olurlar. Böyük xeyriyyəçi, qayğıkeş insan, Azərbaycanlı xeyriyyəçi insan
Fərhad Əliyev də bu qəbildən olan insanlardandır. Vətənpərvər insan Fərhad müəllim deyir ki, insanın daxildə olan Vətən sevgisi istər-istəməz onu əməyə, işgüzarlığa yönəldir.
YAXŞIYA YAXŞI DEMƏK VİCDAN BORCUDUR!


 

 

Hazırladı: Fərid Faiqoğlu

“Xezertv.info”-nun rəhbəri,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

“Qızıl Qələm” mükafatçısı