Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları "Azərenerji" və "Azərişığ"a ötürüləcək
DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Heç kimi qapısından əliboş qaytarmadı...
Bir işimiz çətinə düşəndə əllərimizi GÖYLƏRƏ açıb aman diləyirik. İnsan oğlu yaranışdan belədir! Kimi üçün Tanrı, kimi üçün Allah, kimi üçün “KƏHKƏŞAN”, kimi üçün də “YARADAN” deyib sığındığı doğulduğu gündən hər kəsin üzərinə bir missiya, bir borc qoyur. Xoş o kəslərin halına ki, ondan yuxarıdakı inandığına xəyanət etmir, əməli düz, işi düzənli, kimsəyə yalan demir, kimsənin qəlbin qırmır, əlsizə əl tutur, yetimin başın sığallayır.
Belə insanlar, əslində üzərlərinə Allahın qoyduğu missiyanı tək yerinə yetirir, “Sağ əlin verdiyindən, sol əlin xəbəri olmaz” deyir.
Sağ əli ilə verdiyini, sol əlinə söyləməyən, Tanrının da, Allahın da, Yaradanın da, kasıbın da, yetimin də sevdiyi bir KİŞİ var Azərbaycanda. Bu şəxsiyyətin adını çox qürurla qeyd edirəm – vətənpərvər, ləyaqətli, sədaqətli, qayğıkeş, zəhmətkeş, eli-obasının təəssübünü çəkən “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun direktoru Rəfail Mikayılov. Mənim üçün Rəfail müəllimdost, kimlər üçünsə son ümid yeri, kimlər üçün isə ““Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun direktoru...
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, Allahın bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Azərbaycanlı vətənpərvər insan “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun direktoru Rəfail Mikayılov qazilərin, şəhid ailələrinin, veteranların, kimsəsizlərin yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Rəfail müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əks-hücum əməliyyatı zamanı ölkə vətəndaşlarına əlindən gələn köməkliyini göstərmiş, və onların qayğısına qalmışdır.
Rəfail müəllim şərəfli ömür yolu, dövlətə-dövlətçiliyə bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış belə dəyərli insanlardan biridir. Həmişə haqq və ədalət prinsipinə sədaqətlə xidmət edir. Hər bir insanın təkcə gələcək həyat yolunun deyil, həm də peşə seçiminin düzgün müəyyənləşməsində havasını udduğu, suyunu-çörəyini daddığı torpağın, doğulub boya-başa çatdığı ailənin, əhatə olunduğu cəmiyyətin rolu birmənalıdır. Bu amillər istənilən fərdin istedadının parlamasında, üzə çıxmasında və püxtələşməsində mühüm rol oynayır.
Zəruri giriş: Rəfail Mikayılovun müsahibəsindən – “Pillə-pillə ucalıb, zəhmət çəkib, hər zaman da əməyinə dəyər verilib. Elə bu günlərdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladağı Sərəncama əsasən “Əməkdar mühəndis” fəxri adına layiq görülməsi də bunun bariz sübutudur.
Rəfail Mikayılov 1964-cü ilin mart ayında anadan olub. 18 yaşından dənizçilik sahəsində çalışır. Əmək fəaliyyətinə fəhləlikdən başlayıb, hazırda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin ən vacib müəssisələrindən birinə rəhbərlik edir.
Artıq 40 ildən artıqdır ki, mən bu çətin və şərəfli işlə məşğulam. Əmək fəaliyyətinə 1981-ci ildə “Zaqfederasiya” adına Gəmi Təmiri Zavodunda tornaçı kimi başlamışam. Sonrakı illərdə həmin zavodun Texniki Nəzarət Şöbəsinin ustası və rəisi, İlham Allahverdiyev adına Gəmi Təmiri Zavodunun baş mühəndisi, Gəmi Təmiri İstehsalat Birliyinin baş direktoru vəzifələrində çalışmışam. 2013-cü ildən isə “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun kollektivinə rəhbərlik edirəm.
“Əməkdar mühəndis” adının verilməsi mənim üçün tamamilə gözlənilməz oldu. Cənab Prezidentin sərəncamı mətbuatda yayıldıqdan sonra ilk təbriki “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İnsan Resurslarının İdarəedilməsi Departamentinin rəisi Sevda xanım Məmmədovadan eşitdim. Telefon vasitəsi ilə Sevda xanımdan aldığım şad xəbərin təəssüratlarını sözlə təsvir etmək mənim üçün indi çox çətindir. Çünki, mühəndis üçün bundan yüksək və şərəfli ad ola bilməz. Yüksək dəyərə görə möhtərəm Prezidentimiz İlham Əliyevə və “AXDG” QSC-nin sədri Rauf Vəliyevə öz adımdan və kollektivimiz adından minnətdarlığımı bildirirəm. Bizə göstərilmiş etimadı doğruldacağımıza söz veririk. Hər zaman təkcə AXDG-nin inkişafı üçün deyil, Azərbaycanın güclü, qüdrətli dövlət olması üçün əlimizdən gələni etmişik və edəcəyik.
“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun əsas fəaliyyət istiqaməti “AXDG” QSC-yə və başqa təşkilatlara məxsus nəqliyyat gəmiləri və texniki avadanlıqları təmir etməkdən və sifarişlər əsasında müxtəlif növ ehtiyat hissələri, xüsusi boyalar və texniki vasitələr hazırlamaqdan ibarətdir. Zavod həmçinin gəmi sistem və qurğularının, elektrik və radionaviqasiya avadanlıqlarının, mühərriklərin, cihazların quraşdırılması və sazlanmasını, dalğıc və sualtı hidrotexniki işləri, gəmilərin doka qaldırılaraq, sualtı gövdə, sükan və vintlərinin yoxlanılmasını, onların təmizləmə və rəngləmə işlərini, hava ilə doldurulan xilasetmə sallarının, hidrostatik ayırıcı qurğuların, fərdi xilasetmə vasitələrinin yoxlanılması və təmirini, ASV tipli izolyasiya edən nəfəs aparatlarına texniki xidmət göstərilməsini və həmin aparatların təmirini həyata keçirir.
Gəmi təmirçisi gəmilərin istismara yararlı vəziyyətdə olmasına cavabdeh şəxsdir. O, kapitanın və ya ümumilikdə heyətin okeanın ortasındaykən düşüncələrini, hər hansı problemlə qarşılaşdıqda nələr hiss etdiyini yaxşı dərk etməlidir. Əks halda, həmin şəxs bu işin öhdəsindən gələ bilməz. Bu gün bizim kollektivimiz gəmi təmirinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün gecə-gündüz əlindən gələni edir. Bunun nəticəsidir ki, ilbəil təmir edilən gəmilərin sayı artmaqda davam edir.
Bu gün kollektivimizdə bizimlə çiyin-çiyinə çoxlu gənc çalışır. Tövsiyəm ondan ibarətdir ki, onlar bu şərəfli peşəni ürəkdən sevsinlər, bu sənətin incəliklərinə dərindən yiyələnsinlər, işlərinə məsuliyyətlə yanaşsınlar, təcrübi və nəzəri biliklərini daha da artırsınlar, çətinliklərdən qorxmasınlar. Gənclər dərk etməlidirlər ki, onlar bizim gələcəyimizdir. Ən əsası, yadda saxlamaq lazımdır ki, dövlətimizin iqtisadi inkişafında mühüm rol oynayan Gəmiçilikdə işləmək şərəfli və qürurludur”.
Rəfail Mikayılovun istər rəhbərliyi olsun, istərsə də ictimai fəaliyyətinin hər bir parlaq səhifəsi xalqa təmənnasız xidmət nümunələri ilə zəngin olub, onun əsl ziyalı və nəcib şəxsiyyət imicini tamamlayır. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyaraq vəzifəsini vicdanla yerinə yetirərək, xalqımıza əvəzsiz töhfələr verib.
Rəfail müəllim bütün varlığı, ruhu ilə dövlətinə xidmət edən insan, nurlu şəxsiyyətdir. O bu gün də daxildən gələn tükənməz bir enerji ilə çalışır, üzərinə götürdüyü çətin və məsuliyyətli missiyanı ləyaqətlə, vicdanla yerinə yetirmək, saf və ali məqsədlərə pillə-pillə yetişmək üçün zəhmətdən çəkinmir. Bütün bu keyfiyyətlər isə onun daha böyük həyat və yüksək pillələrə uğurlarına möhkəm zəmin yaradır.
Azərbaycanlı vətənpərvər insan “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun direktoru Rəfail Mikayılovun şərəfli ömür yolunu, sanballı rəhbərlik məharətini, yüksək insani dəyərlər məcmusunu, ən nəhayət, ləyaqətli, mərd, əsl Azərbaycan kişisi obrazını təcəssüm etdirir. Mənalı ömrünü doğma Azərbaycanı və sevimli milləti üçün yaşayan Rəfailmüəllim, əminik ki, qarşıdakı illərdə həyatının daha məhsuldar dövrünü, iş fəaliyyətinin daha parlaq səhifələrini yaşayacaqdır!
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Rəfail Mikayılov Prezident cənab İlham Əliyevin etimadını yüksək səviyyədə qazanmışdır. Araşdırmaçı jurnalist olaraq Rəfail müəllimə işində uğurlar diləyirəm. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
İnsanlar tarixdə öz gözəl, xeyirxah əməllərinə görə yaşayır və gələcək nəsillərə örnək olurlar. Böyük xeyriyyəçi, qayğıkeş insan, Azərbaycanlı xeyriyyəçi insan “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun direktoru Rəfail Mikayılov da bu qəbildən olan insanlardandır. Vətənpərvər insan Rəfail müəllim deyir ki, insanın daxildə olan Vətən sevgisi istər-istəməz onu əməyə, işgüzarlığa yönəldir.
YAXŞIYA YAXŞI DEMƏK VİCDAN BORCUDUR!
Hazırladı: Fərid Faiqoğlu
“Xezertv.info”-nun rəhbəri, AJB-nin üzvü