QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
UltraMed Tibb Mərkəzinin baş direktoru Ağahəsən Rüstəmov – peşəkarlıq, humanizm və məsuliyyətin vəhdəti
Dövlətə sədaqətin, vətənə xidmətin parlaq nümunəsi – Vətənpərvər iş adamı Rüfət Yusifov
"Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasının icrası ilə bağlı tədbirlər müəyyənləşdirildi
Azərbaycanda tarixi və mədəni sərvətləri qəsdən məhv etməyə görə cəzalar sərtləşdirilib
Azərbaycanın və Gürcüstanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlığı nəzərdə tutan Saziş təsdiqlənib - FƏRMAN
Azərbaycanlı xeyriyyəçi insan Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov - Müdrikliyin və mənəviyyatın zirvəsində. MÖVQE
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, Allahın bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, Azərbaycanlı xeyriyyəçi insan Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Azərbaycanlı xeyriyyəçi insan Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovqazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Mahir müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əks-hücum əməliyyatı zamanı ölkə vətəndaşlarına əlindən gələn köməkliyini göstərmiş, və onların qayğısına qalmışdır.
Mahir müəllim şərəfli ömür yolu, dövlətə-dövlətçiliyə bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış belə dəyərli insanlardan biridir. Həmişə haqq və ədalət prinsipinə sədaqətlə xidmət edir. Hər bir insanın təkcə gələcək həyat yolunun deyil, həm də peşə seçiminin düzgün müəyyənləşməsində havasını udduğu, suyunu-çörəyini daddığı torpağın, doğulub boya-başa çatdığı ailənin, əhatə olunduğu cəmiyyətin rolu birmənalıdır. Bu amillər istənilən fərdin istedadının parlamasında, üzə çıxmasında və püxtələşməsində mühüm rol oynayır.
Azərbaycanlı xeyriyyəçi insan Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov istər rəhbərliyi olsun, istərsə də ictimai fəaliyyətinin hər bir parlaq səhifəsi xalqa təmənnasız xidmət nümunələri ilə zəngin olub, onun əsl ziyalı və nəcib şəxsiyyət imicini tamamlayır. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyaraq vəzifəsini vicdanla yerinə yetirərək, xalqımıza əvəzsiz töhfələr verib.
Mahir müəllim bütün varlığı, ruhu ilə dövlətinə xidmət edən insan, nurlu şəxsiyyətdir. O bu gün də daxildən gələn tükənməz bir enerji ilə çalışır, üzərinə götürdüyü çətin və məsuliyyətli missiyanı ləyaqətlə, vicdanla yerinə yetirmək, saf və ali məqsədlərə pillə-pillə yetişmək üçün zəhmətdən çəkinmir. Bütün bu keyfiyyətlər isə onun daha böyük həyat və yüksək pillələrə uğurlarına möhkəm zəmin yaradır.
Azərbaycanlı xeyriyyəçi insan Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov şərəfli ömür yolunu, sanballı rəhbərlik məharətini, yüksək insani dəyərlər məcmusunu, ən nəhayət, ləyaqətli, mərd, əsl Azərbaycan kişisi obrazını təcəssüm etdirir. Mənalı ömrünü doğma Azərbaycanı və sevimli milləti üçün yaşayan Mahir müəllim, əminik ki, qarşıdakı illərdə həyatının daha məhsuldar dövrünü, iş fəaliyyətinin daha parlaq səhifələrini yaşayacaqdır!
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Mahir Məmmədov biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
İnsanlar tarixdə öz gözəl, xeyirxah əməllərinə görə yaşayır və gələcək nəsillərə örnək olurlar. Böyük xeyriyyəçi, qayğıkeş insan, Azərbaycanlı xeyriyyəçi insan Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov da bu qəbildən olan insanlardandır. Vətənpərvər insan Mahir müəllim deyir ki, insanın daxildə olan Vətən sevgisi istər-istəməz onu əməyə, işgüzarlığa yönəldir.
PS: Azərbaycanlı xeyriyyəçi insan Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovun işgüzar nüfuzuna xələl gətirməyə çalışan, iş nüfuzuna müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir?
Mahir müəllim barədə yalan dolu məlumatlar yazan saytların çirkli yollarla pul qazanmaq niyyəti məlumdur. Amma bu yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər Dövlətə -Dövlətçiliyə sədaqətlə xidmət edən, Qanunlarımızın aliliyini qorumağa çalışan Mahir müəllimin şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər. Hamıya məlumdur ki, yalan ayaq açsa da yerimir. Həmin yazıları oxuduqda görürsən ki, konkret fakt olmadan məqsədli və qərəzli şəkildə hazırlanan sifarişli yazılardır . Görəsən həmin saytlar nəyə görə Mahir müəllimin uğurlu fəaliyyəti, gördüyü işlər barədə yazılar hazırlamır? Çünki, onların çirkin niyyəti buna imkan vermir. Onu da qeyd edim ki, Mahir müəllimin bizim müdafiəmizə heç də ehtiyacı yoxdur.
YAXŞIYA YAXŞI DEMƏK VİCDAN BORCUDUR!
Hazırladı: Hacı Pərviz Həsənov
Araşdırmaçı jurnalist























































