Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

06 Tem 09:51Manşet / Gündəm

“Köçürülmə başa çatmadan heç bir söküntü işləri aparılmır” - “Deluxe Residence”dən açıqlama

 

“Deluxe Residence” MTK dünən gecə saatlarında Bakının mərkəzində bir neçə ailənin evinin sökülməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirib.

Məsələ ilə bağlı “Qafqazinfo”ya bildirilib ki, Bakı şəhəri Yasamal rayonu, B.Şahtaxtinski 2.04 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının 10 avqust 2023-cü il tarixli, 141 saylı Sərəncamına əsasən, istismar müddəti bitmiş yaşayış binalarının sökülərək, yenilərinin tikilməsi məqsədilə sözügedən şirkətin daimi istifadəsinə verilib.

“Əksər sakinlərlə razılıq əldə edilərək, onlara məxsus evlər sökülüb. Əmirova Nərmin Məhərrəm qızı və Nəcəfzadə Nəriman Məhərrəm oğlu ilə 5 dekabr 2023-cü il tarixində, onların evinə bitişik olan Nəcəfov İlham İsmayıl oğlu ilə isə 16 noyabr 2023-cü il tarixində müqavilələr bağlanıb.

Nəcəfov İlham İsmayıl oğlu müqavilənin şərtlərinə uyğun olaraq evini əşyaları ilə birgə tərk etmiş, bundan sonra ona məxsus ev sökülmüşdür.

04.07.2024-cü il tarixində aparılan söküntü işlərinin Nərmin Əmirovaya və Nəriman Nəcəfzadəyə məxsus evlərə heç bir aidiyyəti yoxdur.

Nərmin Əmirovaya və Nəriman Nəcəfzadə ilə bağlanmış 05.12.2023-cü il tarixli müqavilənin şərtlərinə əsasən, onların mənzillərini boşaldacaqları vaxtı gözləyirik.

Onlar 04.07.2024-cü il tarixdə gecə radələrində müxtəlif sosial şəbəkələrə yanlış məlumat verərək, guya bizim tərəfimizdən onlara məxsus evin sökülməsinə cəhd edilidiyini bildiriblər.

Tam məsuliyyətimizlə bildiririk ki, sakinlərlə müqavilə bağlanmadan və mənzillərdən köçürülmə başa çatmadan heç bir söküntü işləri aparılmır” - , “Deluxe Residence” MTK-nın açıqlamasında qeyd olunub.

Qeyd edək ki, ötən gün sosial şəbəkədə evinin sökülməsi ilə bağlı narazılığını ifadə edən vətəndaş məsələ ilə bağlı yenidən video paylaşıb.

O, artıq şirkət tərəfindən razı salındığını və anlaşılmazlığın aradan qaldırıldığını qeyd edib:


Qeyd: Vətəndaşın əvvəl paylaşdığı video: