Xəbər Lenti
Dünən, 17:07
Bioloji Təbabət-İnteqrativ Sağlamlıq Mərkəzinin rəhbəri Elxan Yaqubov "Ramazan" bayramı münasibəti ilə təbrik etdi.
Dünən, 16:57
Xeyriyyəçi və vətənpərvər xanım Zərniyar Kərimovanın "Ramazan" bayramı münasibətilə təbriki
Dünən, 16:22
Neftçala Yod Zavodunun Baş Direktoru Rəşad Xəlilov - "ƏSL VƏTƏNDAŞ, DÖVLƏTƏ SƏDAQƏT ANDI, LƏYAQƏTLİ İNSAN"
Dünən, 09:33
ISW Putinin Ukraynada müvəqqəti idarəetmə ilə bağlı bəyanatlarının mahiyyətini izah etdi
28-03-2025, 15:36
"Avant Group" rəhbəri Əli Hüseynovun tapşırığı ilə ağaclar kəsildi-Baş Prokurorluq araşıdırma aparacaq
27-03-2025, 10:30
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada bir sıra açılışlarda iştirak edib və görülən tikinti işləri ilə tanış olublar
27-03-2025, 09:31
Ermənistan XİN başçısı: Azərbaycanla sülh sazişini mümkün qədər tez imzalamaq lazımdır
Ayxan Hacızadə: "İQAK-ın yanaşması ədalətsizdir, hüquqi baxımdan sual yaradır"
Avropa Şurasının İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (İQAK) yanaşması ədalətsiz və əsassızdır, habelə hüquqi baxımdan sual yaradır.
Qaynarinfo xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Avropa Şurasının İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (İQAK) 3 iyul tarixli ictimai bəyanatına dair şərhində yer alıb.
O bildirib ki, İQAK-ın Azərbaycanla bağlı ictimai bəyanatın dərc olunması barədə qərar qəbul etməsi dərin təəssüf doğurub.
"İQAK, həmçinin "İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması haqqında" Avropa Konversiyasının tələbinə zidd olaraq Azərbaycanın müvafiq razılığı alınmadan 2022-ci ildə edilmiş xüsusi səfərinin yekunları üzrə hazırlanmış hesabatı tam şəkildə dərc etmək barədə əvvəllər presedenti olmayan qərar qəbul edib. Bu yanaşma ədalətsiz və əsassızdır, habelə hüquqi baxımdan sual yaradır".
XİN sözçüsü vurğulayıb ki, 2002-ci ildən etibarən İQAK bir neçə dəfə Azərbaycana dövri və xüsusi səfər həyata keçirib və Konvensiyanın Azərbaycan tərəfindən həyata keçirilməsinə dair hesabatlar dərc edib:
"Azərbaycan hesabatlarda qeyd olunan hər bir müddəa üzrə hökumətin mövqeyini təqdim edib. Bununla yanaşı, ictimai bəyanatda da qeyd edildiyi kimi, müvafiq çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti üzrə addımlar atılıb və Komitənin tövsiyələri hər zaman nəzərə alınıb".
Əməkdaşlıq müddətində Komitəyə bu günə qədər etdiyi səfərlər zamanı lazımi dəstək göstərilib. Yerli təhqiqatların aparılmasına dəstək göstərilməsi ilə yanaşı, nümayəndə heyəti üzvlərinin mümkün ən yüksək səviyyədə qəbul olunmasını təmin etmək üçün addımlar atılıb və əməkdaşlığın əsaslarının möhkəmləndirilməsi üçün bütün səylər göstərilib.
Bu qərarın 2024-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməmək barədə qərəzli qərarından sonra yaranmış Azərbaycan-Avropa Şurası münasibətlərində mövcud vəziyyətin fonunda qəbul edilməsi xüsusilə təəssüf doğurur.
Biz bir sıra dövlət qurumları ilə konstruktiv əməkdaşlığın əvəzinə, məsuliyyəti onların üzərinə yıxan sözügedən ictimai bəyanatdakı tənqidləri rədd edirik.
Azərbaycan azadlıqdan məhrum edilmiş şəxslərin müdafiə olunması ilə yanaşı, müvafiq təcrübənin ümumi qəbul edilmiş standartlara uyğunlaşdırılması sahəsində əhəmiyyətli irəliləyiş əldə etməkdədir.