Menu
Xəbər Lenti
Şanlı Zəfər salnaməsi
19-09-2026, 13:07

Şanlı Zəfər salnaməsi

Bizim Nizami müəllim...
18-09-2026, 14:32

Bizim Nizami müəllim...

DTX məlumat yaydı - Video
18-09-2026, 10:27

DTX məlumat yaydı - Video

11 Oktyabr 2025 10:59Manşet / Dünya

ABŞ-də 4 mindən çox dövlət qulluqçusu işdən çıxarılır

 

ABŞ-də yeddi nazirliyin 4 mindən çox federal dövlət qulluqçusu işdən çıxarılmaları barədə bildiriş alıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “ABC” telekanalı yayıb. 

Məlumata əsasən, ixtisar barədə ən çox bildiriş Maliyyə, Səhiyyə və Təhsil Nazirliklərinin əməkdaşlarına göndərilib. 

Buna səbəb isə ölkədə federal hökumətin hazırda fəaliyyətini qismən dayandırmasıdır. 

Xatırladaq ki, ABŞ-də maliyyə ili oktyabrın 1-də başlasa da, Konqres federal büdcəni təsdiq edə bilməyib. Nəticədə birbaşa olaraq Konqres tərəfindən maliyyələşən dövlət müəssisələri işini dayandırıb. Şatdaun adlandırılan bu vəziyyət ABŞ-də büdcə barədə razılıq olmadıqda vaxtaşırı baş verir.