Menu
Xəbər Lenti
ZAHİD HƏBİBOĞLU — 55
10-10-2026, 11:50

ZAHİD HƏBİBOĞLU — 55

“Azeri Light” ucuzlaşdı
10-10-2026, 11:32

“Azeri Light” ucuzlaşdı

Neftimiz bahalaşdı
8-10-2026, 10:30

Neftimiz bahalaşdı

11 Oktyabr 2025 10:51Manşet / İdman

Mbappe növbəti matçı buraxacaq

 

Madridin “Real” klubunun hücumçusu və Fransa millisinin kapitanı Kilian Mbappe zədəsinə görə 2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsində İslandiya yığmasına qarşı keçiriləcək oyunda iştirak etməyəcək.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Mbappe oktyabrın 13-də baş tutacaq oyunu sağ topuq nahiyəsindəki zədəsinə görə buraxacaq.

Qeyd edək ki, futbolçu ötən gün Azərbaycan yığmasına qarşı ev oyununda zədələnib. Mbappe eyni zədəni 4 oktyabrda İspaniya çempionatının səkkizinci turunda “Vilyarreal” klubuna qarşı matçda da almışdı.

Xatırladaq ki, 2026-cı ilin Dünya Çempionatı 11 iyun–19 iyulda ABŞ, Meksika və Kanadada keçiriləcək.