DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Polis insan hüquqlarının keşiyindədir. Peşə bayramınız mübarək!
Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə, 02 iyul 1918-ci ildə yaradılan Polis bölüyü, 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynamış, müstəqilliyin müdafiəsinin ön sıralarında olmuşdur.
1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ dövründə İttifaq Daxili İşlər Nazirliyinin tabeliyində, ilk Daxili işlər naziri Həmid Sultanovun rəhbərliyi ilə fəaliyyətə başlayan Azərbaycan SSR Daxili İşlər Nazirliyi sosialist quruluşuna uyğun, mahiyyətcə sinfi xarakter daşıyan orqan olsa da, həmin dövrdə Azərbaycanın daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində böyük təcrübə qazanmış, yüksək bilik və peşə hazırlığı əldə etmiş, respublikada asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayanmış, təşkilati cəhətdən möhkəmlənmişdir.
18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxmış və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyətə başlamışdır.
Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olunaraq, onun funksiya və vəzifələri dəqiqləşdirilmişdir. Ulu öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə ölkəmizdə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunmağa başladı. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə "Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu" təsdiq edilmişdir.
Əziz polis işçiləri!
Bugün, 2 iyul – Polis Günü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm! Bu əlamətdar gün, xalqımızın təhlükəsizliyini təmin edən, asayişi qoruyan və hüquq-mühafizə sistemimizin əsas sütunu olan polis əməkdaşlarının şərəfinə qeyd olunur. Azərbaycan polisi, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir və xalqımızın güvənc yeridir. Eyni zamanda, polisimiz insan hüquqlarının keşiyində dayanaraq vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunmasında mühüm rol oynayır.
Azərbaycan polisi, hüquq və asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə və ictimai təhlükəsizliyin təmin edilməsində misilsiz fədakarlıq göstərir. Gecə-gündüz demədən, çətin şəraitdə belə vəzifəsini layiqincə yerinə yetirən polis əməkdaşları, vətəndaşlarımızın hüquqlarının və azadlıqlarının qorunmasında əvəzsiz xidmət göstərir, fəaliyyəti nəticəsində, ölkəmizdə sabitlik və asayiş təmin edilir, insanlar rahatlıqla öz gündəlik işləri ilə məşğul ola bilirlər.
Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi ilə qurulan və inkişaf edən Azərbaycan polisi, bu gün də Prezident İlham Əliyevin rəhbərliyi altında öz missiyasını uğurla davam etdirir. Prezident İlham Əliyev, polis orqanlarının gücləndirilməsinə, onların peşəkar hazırlıq səviyyəsinin artırılmasına və maddi-texniki bazasının təkmilləşdirilməsinə xüsusi diqqət yetirir. Onun rəhbərliyi ilə Azərbaycan polisi, xalqımızın təhlükəsizliyini təmin etməkdə, cinayətkarlığa qarşı mübarizədə və hüquq qaydasının qorunmasında mühüm rol oynamağa davam edir.
Polis peşəsi böyük məsuliyyət və fədakarlıq tələb edən bir sahədir. Hər birinizin cəsarəti, sədaqəti və peşəkarlığı sayəsində ölkəmizdə sabitlik və asayiş təmin edilir. Sizin əməyiniz nəticəsində, Azərbaycan polisi, regionda ən peşəkar və güclü hüquq-mühafizə orqanlarından birinə çevrilmişdir. Azərbaycan polisi, insan hüquqlarının qorunmasına xüsusi önəm verərək, vətəndaşlarımızın hüquq və azadlıqlarının təminatçısı kimi çıxış edir.
Bu peşə bayramında, bütün polis işçilərinə uzun ömür, möhkəm can sağlığı və işlərində yeni uğurlar arzulayıram. Ailənizlə, yaxınlarınızla birlikdə daim xoşbəxt və firavan yaşayasınız. Həmçinin, bu şərəfli peşədə həyatını itirən qəhrəmanlarımızı dərin ehtiramla yad edirik və onların xatirəsini daim qəlbimizdə yaşadırıq.
Əziz polis əməkdaşlarımız, sizin əməyinizə, fədakarlığınıza və qəhrəmanlığınıza görə minnətdarıq. Hər zaman güvənc yerimiz olaraq qalmağınızı və daim uğurlarınızın davamını arzulayırıq.
Polis Günü münasibətilə bir daha səmimi təbriklərimizi qəbul edin!
Hörmətlə,
Ruslan İsayev
DYP Kürdəmir Postun komandiri,
Polis mayoru