Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları "Azərenerji" və "Azərişığ"a ötürüləcək
DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov Azərbaycan polisinin peşə bayramını təbrik etdi
Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu ilk illər hər birimizin gözləri önündədir. Həmin dövrdə baş verən hadisələr heç vaxt yaddaşlardan silinməz. 1993-cü ilə qədərki vəziyyəti yaxşı xatırlayırıq. O dövrdə ölkədə, xüsusilə polis orqanlarında hökm sürən özbaşınalıq, anarxiya müstəqilliyimizə, respublikamızın beynəlxalq aləmə inteqrasiyasına çox böyük zərbə vurmuşdu. O vaxt–bütövlükdə 1991-1993-cü illərdə nəinki Azərbaycanın uğurlu inkişafı təmin edilmirdi, əksinə, sabitlik pozulmuşdu, daxili çəkişmələr baş alıb gedirdi. Ölkədə yaranmış qarşıdurma, özbaşınalıq vətəndaş müharibəsinə gətirib çıxarmışdı. Təbii ki, həmin dövrdə hüquq-mühafizə orqanlarına bu sahənin mükəmməl peşəkarları rəhbərlik etsəydi, vəziyyət o həddə gəlib çatmazdı. Təsəvvür edin, polis, hüquq-mühafizə orqanı rəhbərləri ölkədə yaranmış son dərəcə ağır vəziyyətin, baş alıb gedən talançılığın, cinayətkarlığın qarşısını almaq əvəzinə, özləri hakimiyyəti ələ keçirmək üçün tabeliyində olan silahlı əməkdaşların köməyi ilə dövlət çevrilişinə cəhd etmişlər.
1993- cü ilin ikinci yarısından başlayaraq, tədricən ölkədə həyat öz axarına düşdü. Ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıtmasından sonra bütün sahələrdə olduğu kimi, polis orqanlarının formalaşmasında da əsaslı dönüş yarandı. Məhz ulu öndərin rəhbərliyi dövründə Azərbaycanda müasir polis orqanları fəaliyyətə başladı və bu sahənin inkişafı, müasir avadanlıqlarla təmin olunması, sağlam ab-havanın yaranması, polis orqanlarının öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməsi diqqət mərkəzində saxlanıldı. Heydər Əliyevin fərmanı ilə 1998-ci ildən hər il iyulun 2-si Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. Bütün bunlar ölkəmizin ümumi inkişafına müsbət təsir göstərdi.
Prezident İlham Əliyevin ölkəmizin sabitlik adasına çevrilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdə xüsusi fəaliyyət göstərən polis orqanları öz xidməti borcunu ləyaqətlə yerinə yetirərək, əhalinin təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayırlar. Bu gün polis əməkdaşlarını gözdən salmağa cəhd edən radikal müxalifət nümayəndələrinin keçirdikləri aksiyalarda onların təhlükəsizliyinin təmin olunması vəzifəsini də məhz polis orqanları öz üzərinə götürür və bu işi layiqincə yerinə yetirirlər.
Azərbaycan polisinin fəaliyyəti tariximizin xanlıqlar dövründə görünməyə başlayıb. Həmin vaxtlar xanlıqlarda xüsusi səlahiyyətlərlə fəaliyyət göstərən darğalar müəyyən polismeyster idarələri;-Bakı Şəhər upravasının polisi;-Bakı xüsusi Vergi polisi;-xəfiyyə polisi;-Gəncə, Zəngəzur, Şuşa, Cavad və s. qəzaların polis idarələri fəaliyyət göstəriblər. Lakin bu gün müstəqil dövlətçiliyimizin ən mühüm atributlarından, əsas sütunlarından olan Azərbaycan polisinin yaranmasının 106 yaşı tamam olur.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə, 02 iyul 1918-ci ildə yaradılan Polis bölüyü, 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynamış, müstəqilliyin müdafiəsinin ön sıralarında olmuşdur.
1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ dövründə İttifaq Daxili İşlər Nazirliyinin tabeliyində, ilk Daxili işlər naziri Həmid Sultanovun rəhbərliyi ilə fəaliyyətə başlayan Azərbaycan SSR Daxili İşlər Nazirliyi sosialist quruluşuna uyğun, mahiyyətcə sinfi xarakter daşıyan orqan olsa da, həmin dövrdə Azərbaycanın daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində böyük təcrübə qazanmış, yüksək bilik və peşə hazırlığı əldə etmiş, respublikada asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayanmış, təşkilati cəhətdən möhkəmlənmişdir.
18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi keçmiş SSRİ Daxili İşlər Nazirliyinin tabeliyindən çıxmış və həmin dövrdən suveren Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi kimi fəaliyyətə başlamışdır.
Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olunaraq, onun funksiya və vəzifələri dəqiqləşdirilmişdir. Ulu öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə ölkəmizdə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunmağa başladı. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2001-ci il tarixli Fərmanı ilə "Daxili İşlər Nazirliyinin Əsasnaməsi və strukturu" təsdiq edilmişdir.
Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də laçınlı polis əməkdaşları fədakarlıq göstərib, işğal altındakı torpaqlarımızın azad edilməsində yaxından iştirak ediblər. Bu gün də əməkdaşları sırasında onlarca Vətən müharibəsi iştirakçısı olan Laçın polisi öz xidmətini layiqincə yerinə yetirməklə, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşiblər. Hər il iyulun 2-nin ölkəmizdə polis günü kimi qeyd olunması polis işçilərinə göstərilən qayğının təzahürü olmaqla onların Azərbaycan qanunlarına, xalqa, Vətənə, Ümummilli lider Heydər Əliyev ideyalarına və ölkə Prezidenti cənab İlham Əliyevə olan əbədi sadiqliklərinin göstəricisidir.
Polisin fəaliyyətini yüksək qiymətləndirən ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin: “Cinayətkarlığa qarşı mübarizədə polis işçiləri ön cəbhədədir. Bu gün Azərbaycanın uğurlu inkişafında, ölkəmizdə sabitliyin tam şəkildə bərqərar olunmasında, asayişin yüksək səviyyədə qorunması işində polis orqanlarının böyük xidmətləri var. Mən polisin işini yüksək qiymətləndirirəm” ifadəsi Azərbaycan polisinin xidməti vəzifələrini layiqincə yerinə yetirmələrinə verilən ən yüksək qiymət olmaqla onların işinə yeni stimul verir.
Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov böyük müəllimi və idealı olan rəhbərinə dəyər verməkdən zövq alır!
Həmid Həsənov hüquqi, yüksək texniki biliyi və təhsili olan, yüksək siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Həmid Həsənov ani və düzgün qərar qəbul edən nadir insanlardandı! Həmid Həsənovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi! Həmid müəllim insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Xaçmaz RPŞ-nin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Həmid Həsənov özünü doğruldub. Bizdə hörmətli Həmid Həsənova dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həmid Həsənov:2 iyul – Polis Günü münasibətilə hər birinizi ürəkdən təbrik edirəm! Bu əlamətdar gün, xalqımızın təhlükəsizliyini təmin edən, asayişi qoruyan və hüquq-mühafizə sistemimizin əsas sütunu olan polis əməkdaşlarının şərəfinə qeyd olunur. Bu münasibətlə, Ulu Öndər Heydər Əliyevin Azərbaycan polisinin inkişafına və güclənməsinə verdiyi böyük töhfələrdən bəhs etmədən keçinmək olmaz.
Ulu Öndər Heydər Əliyev, müstəqil Azərbaycanın qurucusu kimi, ölkəmizin bütün sahələrində olduğu kimi, hüquq-mühafizə orqanlarının da möhkəmləndirilməsinə xüsusi diqqət yetirmişdir. Onun uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində Azərbaycan polisi modernləşmiş, peşəkar kadrların hazırlanması üçün mühüm addımlar atılmış və maddi-texniki baza gücləndirilmişdir. Heydər Əliyev, hüquq-mühafizə orqanlarının fəaliyyətini daim diqqət mərkəzində saxlamış, polis əməkdaşlarının sosial müdafiəsinin yaxşılaşdırılması üçün də mühüm qərarlar qəbul etmişdir.
Heydər Əliyevin rəhbərliyi dövründə polis əməkdaşları dövlətin və xalqın təhlükəsizliyini təmin etmək, asayişi qorumaq və cinayətkarlıqla mübarizə aparmaq üçün böyük fədakarlıq göstərmişlər. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan polisi, regionda ən peşəkar və güclü hüquq-mühafizə orqanlarından birinə çevrilmişdir. Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan polisi, Heydər Əliyevin müəyyən etdiyi yolla gedərək, dövlətimizə və xalqımıza ləyaqətlə xidmət edir.
Polis peşəsi böyük məsuliyyət və fədakarlıq tələb edən bir sahədir. Hər birinizin cəsarəti, sədaqəti və peşəkarlığı sayəsində vətəndaşlarımızın hüquqları və azadlıqları qorunur, cinayətkarlıqla mübarizədə mühüm uğurlar əldə olunur. Sizin əməyiniz sayəsində ölkəmizdə sabitlik və asayiş təmin edilir, insanlar rahatlıqla öz gündəlik işləri ilə məşğul ola bilirlər.
Bu peşə bayramında, bütün polis işçilərinə uzun ömür, möhkəm can sağlığı və işlərində yeni uğurlar arzulayıram. Ailənizlə, yaxınlarınızla birlikdə daim xoşbəxt və firavan yaşayasınız. Həmçinin, bu şərəfli peşədə həyatını itirən qəhrəmanlarımızı dərin ehtiramla yad edirik və onların xatirəsini daim qəlbimizdə yaşadırıq.
Əziz polis əməkdaşları, sizin əməyinizə, fədakarlığınıza və qəhrəmanlığınıza görə minnətdarıq. Hər zaman güvənc yerimiz olaraq qalmağınızı və daim uğurlarınızın davamını arzulayırıq.
Polis Günü münasibətilə bir daha səmimi təbriklərimizi qəbul edin!
Hazırladı: Fərid Səfərov
"Xezertv.info"-nun rəhbəri, AJB-nin üzvü,
Ehtiyatda olan zabit