Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
GİKM tərəfindən Silahlı Qüvvələr Günü münasibətilə bir sıra tədbirlər təşkil edilib
Ölkəmizin bütün hərbi gücünü əhatə edən, Azərbaycanın hərbi qüdrətinin və milli müdafiə qabiliyyətinin simvolu olan Silahlı Qüvvələr Günü Azərbaycan ordusunun formalaşması və inkişafının təməl daşlarını xatırlamaq, həmçinin Silahlı Qüvvələrimizin göstərdiyi qəhrəmanlıq və fədakarlıqları anmaq üçün xüsusi əhəmiyyət daşıyır. Hər il 26 iyun tarixində ölkəmizin Silahlı Qüvvələrinin yaradılması və gücləndirilməsi istiqamətində əldə olunan nailiyyətlər qeyd olunur.
Əsas fəaliyyət istiqamətlərindən biri vətənpərvərlik və dövlətçilik olan Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 11 regional nümayəndəliyi və 44 bölməsi tərəfindən Azərbaycanın şəhər və rayonlarında bir sıra fəaliyyətlər həyata keçirilib.
Region gəncləri ilk olaraq Şəhidlər xiyabanını ziyarət edərək, dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizi qürurla anıblar.
Fəaliyyətlər dəyirmi masa, görüşlərlə davam edib. Baş tutan görüşlərdə əlamətdar günün vacibliyi diqqətə çatdırılıb, gənclərimizə Azərbaycanın hərbi tarixi haqqında geniş məlumatlar təqdim edilib. “Polkovnikin əmanəti”, “Kod adı: “Yaşma”, “Mübariz filmi”, “Vətən müharibəsi anbaan” filmləri nümayiş olunub.
Gənclər arasında “Nə? Harada? Nə zaman?” formatında intellektual turnir və tir atıcılığı yarışı keçirilib, qaliblər mükafatlandırılıb.
Keçirilən fəaliyyətlərin əsas məqsədi gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək və onlara milli təhlükəsizlik və müdafiə məsələlərinin vacibliyini izah edərək, ölkəmizin müdafiəsində mühüm rol oynayan Silahlı Qüvvələrimizin əhəmiyyəti haqqında ətraflı məlumat verməkdən ibarət olub.
Azərbaycanın güclü, qətiyyətli və sarsılmaz ordusu ilə qürur duyuruq!





























































