Zaur Muradov: “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü xalqımızın qürur və şərəf bayramıdır”
“Ondan yaxşı qardaş yox idi...” Şəhid gizir Vidadi Nizami oğlu Zalovun bacılarının ürək sızladan xatirələri.
Təhsilə və vətənpərvər nəslin yetişməsinə həsr olunmuş ömür- Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Gülnaz Kərimova
Azərbaycan Respublikası və Türkmənistan Respublikası arasında ikitərəfli münasibətlər dostluq, qardaşlıq və strateji tərəfdaşlıq nümunəsidir
Abşeronu qanunsuz tikinti meydançasına çevirən, memarı da işlərinə alət edən RİH-nin "qara kassası" Zahid KİMDİR? -
OralARDA biri var...
İyirmi iki il əvvələ boylananda özümü məktəbdə sinif otağının axırıncı partasında əlimdə qələm, qarşımda dəftərlə görürəm. Müəllim dərs izah edir, mən də yazıram. Təbii ki, yazdığım müəllimin izah etdiyi dərsə aid olsaydı, 9-cu sinifdən qovulmaq təhlükəsi ilə üzləşməzdim.
Bu, bir qıza sevgi məktubu da deyildi. Dəftərə yazdıqlarım hamısı fərqli millətlərdən olan kişi adlarıdır - Valeri Karpin, Darko Kovaçeviç, Xabi Alonso, Nihat Kahveci...
Axşam deyəsən, Yalçın Çetinin şərhçiliyi ilə “TRT-1”də “Real Sosyedad”ın Madrid “Real”ı ilə matçı var idi...
Onda çempionluq uğrunda yarışda Azərbaycanda “Real”dan çox “Real Sosyedad”a azarkeşlik edənlər daha çoxluq təşkil edirdi.
İndi Bask təmsilçisinə hərdən fanatlıq edənlər sadəcə, mərc həvəskarlarıdır, o da 90 dəqiqəlik. Amma biz bu sevgini dörd il yaşamışdıq, uzaq sahillərdəki “Sosyedad”ı Bakıdan da sevdik, Qazaxdan da, Mingəçevirdən də...
Bu, ona, daha doğru “on beş”ə görə idi - qolun adı Nihat Kahveci!
Həyatın bəzi məqamlarda iki insan arasında yaşanan mübahisə zamanı keçən dialoqlarda adətən belə bir cümlə işlədilir:
- Bu dediyini heç vaxt unutmayacam!
Mənim unutmadığım cümləni isə “TRT-1”in şərhçisi Levent Özçelik “Qalatasaray” - “Arsenal” final matçının penalti seriyasında topun başına yaxınlaşan və sonradan kuboku gətirəcək zərbəni yerinə yetirən futbolçuya səslənən zaman işlədib:
- “Popescu, haydi oğlum, haydi oğlum...”
Məktəb vaxtlarından bir də Ətalət qanununu belə əzbərləmişdim.
Məsələn, bir “cinayətkar” kimi müstəntiqə Türkiyə millisinin dünya üçüncüsü olduğu mundialda Ümit Davalanın ötürməsindən sonra İlhan Mansızın Seneqala necə qol vurmasını epizod-epizod danışa bilərəm.
Belə sevdik biz Türkiyə futbolunu...
Yalnız bu məqamda “Evdə bişməyib, qonşudan gəlməyib” deyimində sadəcə, birinci hissə doğrudur.
Sonra oralARDA bizi coş(d)TURAN daha biri oldu. Sevdiyimiz “Qalatasaray”dan biri Madrid “Atletiko”suna getdi. Və bizə bu klubu formasında “Land of fire Azerbaijan” yazısı da olmasına rəğmən, məhz Arda Turan sevdirdi.
Ard-ARDA gəlirlər. Sonra bir uşaq peyda oldu. 17 yaşı var. Axşam da bizim öz futbolumuzla bağlı xəyallarımızın uzaqlığından möhtəşəm bir qol vurdu.
Bu dəfə heç vaxt uşaq sahibi olmayacaq biri kimi ona sahibləndik. Güləndə GÜLƏRik, ağlayanda ağlayarıq...
Emin Səfərov























































