“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Etibarnamə ilə avtomobil satdı, adına 3280 manat cərimə gəldi (VİDEO)
Etibarnamə ilə avtomobil satan şəxs sürücülük hüququndan məhrum edilib, adına 3280 manat cərimə gəlib.
Hadisə paytaxt sakini Rəşad Rəsulovun başına gəlib. Sürücü iddia edir ki, 2014-cü ildə Mansur Xəlilov adlı paytaxt sakininə ''90-LA-273'' dövlət qeydiyyat nişanlı ''Vaz-2104'' markalı avtomobili baş etibarnamə ilə satıb. Nəqliyyat vasitəsini alan şəxs bir ildən sonra avtomobili adına keçirmədiyindən törətdiyi inzibati xətaların cəriməsi ona gəlir.
Sürücü deyir ki, cərimə məbləği külli miqdarda olduğundan onu ödəməyə gücü çatmır. Avtomobili alan şəxs ona kömək edəcəyi vədini versə də, sonradan zənglərinə cavab verməyib. Rəşad Rəsulovu narhat edən başqa məqamlar da var.
Sürücü məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə də məlumat verib.
İdarədən ona bildirilib ki, ''90-LA-273'' dövlət qeydiyyat nişanlı avtomobil axtarışdadır. Yol hərəkəti qaydaları üzrə ekspertlər bildirirlər ki, qanunvericiliyə görə, cərimə məbləği, etibarnamə ilə avtomobil idarə edən şəxs tərəfindən ödənilməlidir. Əgər sürücü bundan imtina edərsə, mülkiyyətçi həmin şəxsi məhkəməyə verməklə ödətdirə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
.























































