Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

11 Haz 16:54Manşet / Gündəm

“Şuşa zirvə görüşünə hazırlaşır”

Son illərdə Azərbaycan Respublikası düzgün qurulmuş xarici siyasəti sayəsində böyük uğurlara imza atmış, müxtəlif qlobal, ümumbəşəri, regional tədbirlərə ev sahibliyi etmiş, strateji əhəmiyyəti olan layihələrin həyata keçirilməsində xüsusi fəallığı ilə fərqlənmişdi. Azərbaycan Respublikasının xarici siyasətinin prioritetlərindən birini də Türk dövlətləri ilə qurulan dostluq əlaqələrinin, iqtisadi, mədəni, siyasi əməkdaşlıqların inkişafı, Türk dünyasının nüfuzunun beynəlxalq arenada gücləndirilməsi, ölkərarası münasibətlərin ən yüksək səviyyəyə çatdırılmasının təmin edilməsi məsələləri təşkil edir.
Şübhəsiz ki, 2021 ci il iyunun 15 – də “ Azərbaycan Respublikası ilə Tükiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanması bu istiqamətdə aparılan tədbirlərin ən mühim göstəricilərindən biridir. Bu Bəyannamənin müddəaları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin bir çox aspektini əhatə etməklə yanaşı, Hərbi Doktrinada nəzərdə tutulan xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında da xüsusi əhəmiyyətli rol oynayır. Beləliklə, bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul edilir və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradır. Bu Bəyənnamə, hər iki dövlətin 1921-ci il 13 oktyabr tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha
təsdiq etmişdir.
Bu istiqamətdə gedən işlərin ən böyük göstəricilərindən biri isə Azərbaycan Respublikasının Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) nın üzvü olması və bu Assambleyaya ev sahibliyi etməsidir.
Türk Dövlətləri Parlament Assambleyasi (TÜRKPA) 21 noyabr 2008-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərinin “Dolmabaxça Sarayı” nda Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkiyə Respublikasının parlament rəhbərlərinin imzalamış olduğu Sazişlə təsis olunmuşdur. 29 sentyabr 2009-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) I. plenar iclası keçirilmişdir. Plenar iclasda TÜRKPA-nın Reqlamenti, Katibliyin Əsasnaməsi və Bakı Bəyamnaməsi, Katibliyin daimi əsasla Bakı şəhərində yerləşməsin haqqında qərar qəbul edilmişdir. Bakı TÜRKPA – nın birinci, beşinci, doqquzuncu və on üçüncü plenar iclaslarına ev sahibliyi etmişdir.
Cari ilin 6 iyun tarixində Bakıda keçirilən 13 – cü plenar iclas Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyə nail olunmasında parlamentlərin rolu” mövzusuna həsr olunmuşdur.
Azərbayan Respublikasının Prezidenti cənab İlham Əliyev iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovu, Qırğızıstan Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevanı, Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib.
Cənab Prezidentin qəbul zamanı ilk bəhs etdiyi mövzu bu toplantıların Türk dünyası birliyinin təzahüründə çox mühim rol oynadığı olmuşdur. İlham Əliyev seçkilərdən sonrakı andiçmə mərasimindəki çıxışını qonaqlara xatırladaraq, Türk dünyasının dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin inkişafının ölkəmizin bu istiqamətdəki siyasətini bir daha açıq şəkildə dilə gətirmişdir.
Cənab Prezident çıxışına ölkəmizin təşəbbüsü ilə bir ay sonra Şuşada keçiriləcək qeyri- rəsmi Zirvə görüşündən bəhs edərək davam etmişdir. İlham Əliyev ildə bir dəfə keçirilən Zirvə görüşlərinin kifayət etmədiyini, sürətli, davamlı təmaslar istiqamətində keçirilən Zirvə görüşlərinin birliyimizi gücləndirmək məqsədinə xidmət etdiyini vurğulamışdır.
Təhsis edildiyi ilk gündən etibarən TÜRKPA – nın əsas prinsiplərindən birini təşkil edən nəqliyyat və iqlim mövzuları növbəti qeyri – rəsmi Zirvə görüşünün də prioriteti olacağını vurğulayan Prezident, Türk dünyasının birləşməsində nəqliyyat əlaqələrinin genişlənməsinin mühim rol oynadığını qeyd etmişdir.
Cənab Prezident göz önündə olan məsələlərdən birinin də Orta Dəhlizin fəaliyyətə başlayaraq yükdaşımaların artırılması olduğunu qeyd etmişdir. Orta Dəhliz Türkmənistan, Qazaxıstan və Azərbaycan limanlarında logistik mərkəzlərinin və azad ticarət zonalarının yaradılması baxımından Trans – Xəzər əməkdaşlığının töhvə verir. Bundan başqa Türkiyə ilə TDT ölkələrinin ticarət və iqtisaqdi əlaqələrini genişləndirmək potensialı ilə diqqət çəkir. Azərbaycan və Qazaxıstanın səyləri, Türkiyənin bu təşəbbüsü dəstəkləməsi ilə Orta Dəhlizin rəqabət imkanları güclənmiş, iqtisadi cəhətdən səmərəlilik artmışdır. Hazırkı dövrdə Orta Dəhlizin potensialına dünyanın daha çox ehtiyacı olduğundan, bu sahədə görülən işlər mühüm əhəmiyyət daşıyır.
Azərbaycan torpaqlarını azad edib, ərazi bütövlüyünü bərpa etdikdən sonra beynəlxalq arenada öz nüfuzunu daha da artırmışdır. Təsadüfi deyil ki, ölkəmiz bu il daha bir mühüm beynəlxalq tədbir – BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməyə hazırlaşır. Dövlət başçısı çıxışı zamanı COP29 konfransında ev sahibliyimizə hazırlıq dövrümüzdə qardaş ölkələrlə ediləcək müzakirələrin əhəmiyyətini xüsusi vurğulamışdır.
Bu Zirvə görüşünün 4 ilə yaxındır işğaldan azad edilmiş Şuşa şəhərində keçirilməsi heç də təsadüfi deyil. İşğaldan azad edildikdən sonra böyük quruculuq işləri aparılan doğma şəhərimiz artıq bu cür əhəmiyyətli tədbirlərə ev sahibliyi edəcək qədər abadlaşdırılmışdır. Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycana səfər etmiş Türk Dövlətləri Təşkilatının üzv ölkələri liderləri Şuşaya səfərlər etmiş, Türkiyə, Qazaxıstan, Qırğızıstan , Özbəkistan prezidentləri Ağdamda və Füzulidə olmuşdurlar.
Ortaq mədəniyyətə, tarixə, dilə, mənəvi dəyərlərə malik xalqlarımız hər zaman bir – birlərini dəstəkləmişdirlər. Bu böyük dəstəyi əzəli və əbədi Azərbaycan torpaqları olan doğma Qarabağımızın abadlaşdırılması zamanı da göstərmişdirlər. Belə ki, Özbəkistan və Qazaxıstanın maliyyə dəstəyi ilə bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamış, Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda bir məktəbin təməli qoyulmuş, Macarıstanın maliyyə dəstəyi ilə isə bir məktəbin inşası layihəsi planlaşdırılmışdır.
Eyni zamanda azad edilmiş torpaqlarımızda Türk dünyasının birliyini göstərən istiqamətlərdən biri də yol – nəqliyyat infrastruqturunun yaradılması və bu layihələrdə Türkiyədən olan şirkətlərin fəal iştirakıdır. Artıq doğma Şuşada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilir, dəmir yolunun inşası prosesi sürətlə irəliləyir. Türkiyə şirkətləri Horadiz – Ağbənd dəmir yolunun da podratçısıdır.
Hazırda işğaldan azad edilmiş torpaqlarda geniş abadlıq işləri aparılır. Cənab Prezidentin də bəhs etdiyi kimi, hazırda 4 şəhər və 4 kənd bərpa edilmiş köçkün vətəndaşlarımız doğma torpaqlarına qaytarılmışdır. Qarabağ və Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcəkdir.
Cənab İlham Əliyev çıxışının sonunda TÜRKPA-nın növbəti toplantısının böyük əhəmiyyət daşıdığını qeyd etmiş,müzakirə olunan məsələlərin türk birliyini daha da gücləndirəcəyini vurğulamışdır.
O, bir daha Türk dünyasının böyük bir potensiala sahib,geniş bir ərazini əhatə edən böyük bir ailə olmasına diqqət çəkmiş,nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olmasının gətirdiyi üstünlüklərdən danışmışdır.Prezident İlham Əliyev bu potensialı dünya miqyasında böyük bir gücə çevirməyin başlıca hədəflərdən biri olduğunu qeyd etmişdir.O,hər bir toplantı, hər bir Zirvə görüşünün ortaq məqsədlərimizə doğru atılan növbəti addım olduğunu dilə gətirmiş,bu yolda daha da inamla addımlamağın vacibliyini vurğulamışdır.

Ziyafət Əsgərov
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri.