Xəbər Lenti
Dünən, 13:21
26 oktyabr 2026-cı il tarixində Vətən Müharibəsi şəhidi İbrahimov Xeyrilla Mais oğlunun məzarı ziyarət edilib
Dünən, 11:24
İsmayıl Zalovla müsahibə: “Hüquqların müdafiəsi ilə yanaşı, insanları barışdırmaq da mühüm missiyamızdır”
24-10-2026, 11:14
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
23-10-2026, 20:15
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Ukraynaya daha 100 milyon avro ayıracaqlar
Qışda Avropa İttifaqı Ukraynaya dəstək üçün əlavə 100 milyon avro ayıracaq.
“Qafqazinfo” “Ukrainska Pravda”ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.
O, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə birgə keçirdiyi mətbuat konfransında Kiyevə əlavə dəstək planlarını açıqlayıb.
“Tətbiq edilən sanksiyalar Rusiyanı müharibə aparmaq üçün lazım olan yüz milyardlarla avrodan məhrum edib. Rusiya hərbi iqtisadiyyatı zəifləyib, inflyasiya 20%-i keçib”, - o deyib.
Kallas əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin cəbhə xəttində əks-hücumları görünməyə başlayır.























































