Azərbaycanın tarixinə Qələbə səhifəsini yazan Qalib ölkənin qalib Sərkərdəsi – 8 Noyabr Zəfər Günüdür
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyevin doğum günüdür
Bu gün XTQ-nin baş leytenantı, şəhid Hacı Rauf Vaqif oğlu Əsgərovun cənnətdəki mövlud günü qeyd olundu
Vüqar Abbasova ŞƏR-BÖHTAN YARAŞMIR
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, Allahın bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, “Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasovunkeçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
“Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasovqazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Vüqar müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əks-hücum əməliyyatı zamanı ölkə vətəndaşlarına əlindən gələn köməkliyini göstərmiş, və onların qayğısına qalmışdır.
Vüqar müəllim şərəfli ömür yolu, dövlətə-dövlətçiliyə bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış belə dəyərli insanlardan biridir. Həmişə haqq və ədalət prinsipinə sədaqətlə xidmət edir. Hər bir insanın təkcə gələcək həyat yolunun deyil, həm də peşə seçiminin düzgün müəyyənləşməsində havasını udduğu, suyunu-çörəyini daddığı torpağın, doğulub boya-başa çatdığı ailənin, əhatə olunduğu cəmiyyətin rolu birmənalıdır. Bu amillər istənilən fərdin istedadının parlamasında, üzə çıxmasında və püxtələşməsində mühüm rol oynayır.
“Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasov istər rəhbərliyi olsun, istərsə də ictimai fəaliyyətinin hər bir parlaq səhifəsi xalqa təmənnasız xidmət nümunələri ilə zəngin olub, onun əsl ziyalı və nəcib şəxsiyyət imicini tamamlayır. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyaraq vəzifəsini vicdanla yerinə yetirərək, xalqımıza əvəzsiz töhfələr verib.
Vüqar müəllim bütün varlığı, ruhu ilə dövlətinə xidmət edən insan, nurlu şəxsiyyətdir. O bu gün də daxildən gələn tükənməz bir enerji ilə çalışır, üzərinə götürdüyü çətin və məsuliyyətli missiyanı ləyaqətlə, vicdanla yerinə yetirmək, saf və ali məqsədlərə pillə-pillə yetişmək üçün zəhmətdən çəkinmir. Bütün bu keyfiyyətlər isə onun daha böyük həyat və yüksək pillələrə uğurlarına möhkəm zəmin yaradır.
“Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasovun şərəfli ömür yolunu, sanballı rəhbərlik məharətini, yüksək insani dəyərlər məcmusunu, ən nəhayət, ləyaqətli, mərd, əsl Azərbaycan kişisi obrazını təcəssüm etdirir. Mənalı ömrünü doğma Azərbaycanı və sevimli milləti üçün yaşayan Vüqar müəllim, əminik ki, qarşıdakı illərdə həyatının daha məhsuldar dövrünü, iş fəaliyyətinin daha parlaq səhifələrini yaşayacaqdır!
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Vüqar Abbasova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
İnsanlar tarixdə öz gözəl, xeyirxah əməllərinə görə yaşayır və gələcək nəsillərə örnək olurlar. Böyük xeyriyyəçi, qayğıkeş insan, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini Vüqar Abbasov da bu qəbildən olan insanlardandır. Vətənpərvər insan Vüqar müəllim deyir ki, insanın daxildə olan Vətən sevgisi istər-istəməz onu əməyə, işgüzarlığa yönəldir.
PS: “Cahan Holdinq” Şirkətlər İttifaqının prezidenti Vüqar Abbasovun işgüzar nüfuzuna xələl gətirməyə çalışan, iş nüfuzuna müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir?
Vüqar müəllim barədə yalan dolu məlumatlar yazan saytların çirkli yollarla pul qazanmaq niyyəti məlumdur. Amma bu yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər Dövlətə -Dövlətçiliyə sədaqətlə xidmət edən, Qanunlarımızın aliliyini qorumağa çalışan Vüqar müəllimin şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər. Hamıya məlumdur ki, yalan ayaq açsa da yerimir. Həmin yazıları oxuduqda görürsən ki, konkret fakt olmadan məqsədli və qərəzli şəkildə hazırlanan sifarişli yazılardır . Görəsən həmin saytlar nəyə görə Vüqar müəllimin uğurlu fəaliyyəti, gördüyü işlər barədə yazılar hazırlamır? Çünki, onların çirkin niyyəti buna imkan vermir. Onu da qeyd edim ki, Vüqar müəllimin bizim müdafiəmizə heç də ehtiyacı yoxdur.
YAXŞIYA YAXŞI DEMƏK VİCDAN BORCUDUR!
Hacı Pərviz Həsənli
Yazıçı-publisist