Xəbər Lenti
30-10-2026, 12:03
Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
09 İyun 2024 09:23Manşet / Şou-biznes
Bu gün Mervenin toyudur
76-cı Kann Film Festivalında “Kuru otlar üstüne” filminə görə “Qızıl Palma” mükafatını qazanan Merve Dizdar 10 aydır eşq yaşadığı Cihan Aygerlə evlənməyə qərar verib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün aktrisanın toyudur.
Mərasimə məşhur cütlüyün ailələri və yaxın dostlarının qatılacağı bildirilir.
Xatırladaq ki, Merve Dizdar 3 il əvvəl həmkarı Gürhan Altundaşardan boşanıb.
Qeyd edək ki, Merve “Kavak yelleri”, “Doksanlar”, “Kertenkele”, “Vatanım sensin”, “Kırmızı oda”, “Masumlar apartmanı” və “Ömer” seriallarında rol alıb.



























































