Xəbər Lenti
Dünən, 13:13
Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
20-09-2026, 15:51
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
20-09-2026, 15:45
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
20-09-2026, 11:54
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20-09-2026, 11:40
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
19-09-2026, 13:30
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
18-09-2026, 18:23
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
08 Mart 2023 07:24Mədəniyyət
Azərbaycanlı rejissorun filmi Kann festivalında nümayiş olunacaq
“Xatirə və Xəta” bədii filmi Kann festivalında ölkəmizi təmsil edəcək. Ekran əsəri koronavirusa qarşı mübarizədə həkimlərlə birlikdə öz həyatını təhlükəyə atan polislərin və müxbirlərin cəsarətindən, son vaxtlar fəlakət həddinə çatan yol-nəqliyyat hadisələrinə diqqəti cəlb etmək məqsədilə yol polisi və həkimin dostluğundan bəhs edir. Həmçinin film yol hərəkəti qaydalarına riayət olunması barədə geniş kütləni maarifləndirmək məqsədi daşıyır.
Bu barədə AZƏRTAC-a məlumat verən filmin ssenari müəllifi və quruluşçu rejissoru Cəlaləddin Qasımov deyib: “Kann” festivalının direktoru Kristian “Xəta və Xatirə” filminin sinopsisini oxuduqdan sonra filmi festivalda mübarizəyə qoşulması üçün lazım olan ödəniş rüsumundan azad edib və buna görə ona təşəkkürümü bildirirəm. Filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza aparmışıq. Müxtəlif festivallara qatılmışıq və beynəlxalq tədbirlərdə 190-dan çox mükafat qazanmışıq”.
Onun sözlərinə görə, film kommersiya məqsədi daşımır. “Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Dünya film studiyalarının distribütorları tərəfindən çəkdiyimiz filmlər 17 platformaya yerləşdirilib. Ekran işimiz “Hollywood film” bazarında özünə layiqli yer tutub. Dünya mediasında geniş işıqlandırılıb. Düşünürəm ki, hər bir yaradıcı insan ölkəsinin təbliği işinə töhfə verməlidir”, - deyə o əlavə edib.
Qeyd edək ki, filmdə rolları Xalq artisti Sabir Məmmədov, Əməkdar artistlər Rövşən Kərimduxt, Flora Hüseynova, Mehriban Xanlarova, aktyorlar Əjdər Zeynalov və Rövşən Məmmədov ifa ediblər. Ekran əsərinin redaktoru Əkbər Qoşalı, rejissoru Amil İskəndərov, montajçısı Elnur Tarverdiyevdir.