Xəbər Lenti
30-10-2026, 12:03
Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
Putin və Əliyevə bunu hədiyyə etdim - Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putin və Azərbaycan lideri İlham Əliyevə qara kürü verməsindən danışıb.
Regionmedia.info.az Unikal-a istinadla xəbər verir ki, bu barədə məlumatı hakim dairəyə yaxın Teleqram kanalı yayıb.
"Bir müddət əvvəl Minsk yaxınlığında hovuzlarda nərə balığı yetişdirildiyini və ondan qara kürü alındığını gördüm. Onlardan alırdım, kiməsə bir banka suvenir kimi hədiyyə edirdim. Və hamı təəccüblənirdi. Mən xüsusi olaraq İlham Əliyevə və Putinə bundan hədiyyə etdim", - Lukaşenko deyib.
Belarus lideri bildirib ki, Kremldə belə kürü yoxdur və o, Putinə bunu sınamağı təklif edib.
Lukaşenkonun sözlərinə görə, Putin Belarusun belə məhsul istehsal edə biləcəyinə təəccüblənib























































