Vətənpərvərliyi və xeyirxahlığı ilə seçilən iş adamı, cənub elinin fəxri – Vüqar Məmmədov
İsmayıl Zalovun Ankara Ədalət Sarayına rəsmi işgüzar səfəri – vətəndaş hüquqlarının müdafiəsi istiqamətində mühüm fəaliyyət
Azərbaycan–Almaniya arsında strateji dialoq və münasibətlərin yeni siyasi platforması
Prezident həmkarının ad gününü təbrik etdi Prezident həmkarının ad gününü təbrik etdi
Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Bu uşaqların ölümündə kimdir günahkar???
Əziz və hörmətli "Qanunyolutv.az" saytının oxucuları. Xəbər verdiyimiz kimi 3 gün öncə Xəzər rayonu Qala qəsəbəsi 216 nömrəli tam orta məktəbin qarşısından keçən, sürət həddi 90-100 olan yolda ana bə onun qız övladını avtomobil vurmuşdu. Onların hər ikisi xəsarətlər almış və xəstaxanaya yerləşdirilmişlər.
Bu gün isə aldığımız məlumata əsasən vurulan məktəbli qız 3 gün komada qaldıqdan sonra dünyasını dəyişib. Bu xəbər əlbətdəki hər kəsi üzdüyü kimi bizləri də üzdü.
Bəs görəsən məktəb qarşısında qoyulan bu sürət həddi nə vaxt aşağı salınacaq? Aidiyyatı orqanlar niyə hərəkətə keçmirlər? Niyə insanların ölümümə səbəb olan lazımı məsələləri həll etməkdən yan keçirlər?
Onu da qeyd edim ki, bu kimi hallarla paytaxta, eləcədə regionlarda, bölgələrdə, rayonlarda tez-tez rast gəlinir.
Mən burdan aidiyyata orqanlara üz tutub səslənirəm. Gəlin bu kimi hadisələrə qarşı ciddi addımlar atıb, belə ərazilərdə sürət həddini aşağa salaq, kamera-radar qoyaq, piyada xətti çəkək, işıqfor qoyaq. Belə olan halda uşaqların, valideynlərin və ümumən insanların təhlükəsizliyini təmin etmiş olarıq.
P.S. Mən "Qanunyolutv.az" saytının rəhbəri olaraq ümid edirəm ki, aidiyyatı orqanlar, Xəzər RİH-nin başçısı hörmətli Elşən Salahov bu kimi xoşagəlməz, bədbəxt hadisələrin qarşısını almaqdan ötrü dərhal hərəkətə keçəcək və problemləri aradan qaldıracaqdır.
"QanunyoluTV.az" Arif Süleymanlı























































