Çilidə Qələbə Yolu: Xocalı İdman Klubunun Peşəkar İdmançısı Elnur Mustafayev 67 kq-da Azərbaycanı Təmsil Edir
Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Dekabr ayının reytinq cədvəli açıqlanıb
Müasir idarəçilik və peşəkarlığın nümunəsi – “Bakılift-2”nin rəhbəri Üzeyir Aslanov
Müasir idarəçilik və peşəkarlığın nümunəsi – “Bakılift-2”nin rəhbəri Üzeyir Aslanov
Yasamalın abadlığında fədakar rəhbər – Vüsal Hüseynovun məşəqqətli və uğurlu fəaliyyəti
Gələcəyin Sağlam Təməli – Uşaq bağçasının müdiri Əsmayə xanımın fədakar fəaliyyəti
Hacıbala Abutalıbov: Dövlətçiliyə Sədaqət, İdarəçilik Məktəbi və Xalqına Xidmət Nümunəsi
Bakı şəhəri 40-cı Polis Şöbəsinin sahə müvəkkili, polis Rəcəb Hüseynov: Xalqın asayişi və təhlükəsizliyi naminə fədakar xidmət nümunəsi
İş adamı Cəbrayıl Cəbrayılovdan Yeni 2026-cı il və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səmimi təbrik
Millət Vəkili Razi Nurullayevdən Yeni 2026-cı İl və Həmrəylik Günü Münasibətilə səmimi təbrik
Nisə Rafiq qızı İbrahimovanın ad günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
Millət Vəkili Məlahət İbrahimqızı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2026-cı ilin gəlişi münasibəti ilə təbrik etdi
Qasım Əliyev- Xeyirxah əməllər sahibi
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, Allahın bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi insan Qasım Əliyevinkeçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Xeyriyyəçi insan Qasım Əliyevqazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Qasım müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əks-hücum əməliyyatı zamanı ölkə vətəndaşlarına əlindən gələn köməkliyini göstərmiş, və onların qayğısına qalmışdır.
Qasım müəllim şərəfli ömür yolu, dövlətə-dövlətçiliyə bağlılığı, vətənpərvər ictimai-siyasi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış belə dəyərli insanlardan biridir. Həmişə haqq və ədalət prinsipinə sədaqətlə xidmət edir. Hər bir insanın təkcə gələcək həyat yolunun deyil, həm də peşə seçiminin düzgün müəyyənləşməsində havasını udduğu, suyunu-çörəyini daddığı torpağın, doğulub boya-başa çatdığı ailənin, əhatə olunduğu cəmiyyətin rolu birmənalıdır. Bu amillər istənilən fərdin istedadının parlamasında, üzə çıxmasında və püxtələşməsində mühüm rol oynayır.
Qasım Əliyev istər rəhbərliyi olsun, istərsə də ictimai fəaliyyətinin hər bir parlaq səhifəsi xalqa təmənnasız xidmət nümunələri ilə zəngin olub, onun əsl ziyalı və nəcib şəxsiyyət imicini tamamlayır. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyaraq vəzifəsini vicdanla yerinə yetirərək, xalqımıza əvəzsiz töhfələr verib.
Qasım müəllim bütün varlığı, ruhu ilə dövlətinə xidmət edən insan, nurlu şəxsiyyətdir. O bu gün də daxildən gələn tükənməz bir enerji ilə çalışır, üzərinə götürdüyü çətin və məsuliyyətli missiyanı ləyaqətlə, vicdanla yerinə yetirmək, saf və ali məqsədlərə pillə-pillə yetişmək üçün zəhmətdən çəkinmir. Bütün bu keyfiyyətlər isə onun daha böyük həyat və yüksək pillələrə uğurlarına möhkəm zəmin yaradır.
Qasım Əliyevin şərəfli ömür yolunu, sanballı rəhbərlik məharətini, yüksək insani dəyərlər məcmusunu, ən nəhayət, ləyaqətli, mərd, əsl Azərbaycan kişisi obrazını təcəssüm etdirir. Mənalı ömrünü doğma Azərbaycanı və sevimli milləti üçün yaşayan İsfəndiyar müəllim, əminik ki, qarşıdakı illərdə həyatının daha məhsuldar dövrünü, iş fəaliyyətinin daha parlaq səhifələrini yaşayacaqdır!
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Qasım Əliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
İnsanlar tarixdə öz gözəl, xeyirxah əməllərinə görə yaşayır və gələcək nəsillərə örnək olurlar. Böyük xeyriyyəçi, qayğıkeş insan, xeyriyyəçi insan Qasım Əliyev də bu qəbildən olan insanlardandır. Vətənpərvər insan Qasım müəllim deyir ki, insanın daxildə olan Vətən sevgisi istər-istəməz onu əməyə, işgüzarlığa yönəldir.
Redaksiyamız adından Qasım Əliyevə uzun ömür, can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayırıq.
YAXŞIYA YAXŞI DEMƏK VİCDAN BORCUDUR!























































