Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
ƏSL POLİS VƏ VƏTƏNDAŞLIQ NÜMUNƏSİ
Hüquq-mühafizə orqanlarının haqqında, öz xidməti peşəsində xüsusi keyfiyyətləri ilə seçilən polis məmurları haqqında mütəmadi olaraq yazılar dərc edirik. Bu dəfə söhbət açacağımız insan Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi İsmayılov Cavid Namiq oğlundan və onunla birgə çiyin-çiyinə xidmət edən, ictimai asayişi, öz vəzifə borcunu şərəf və vicdanla yerinə yetirən polis əməkdaşlarından bəhs edəcəyik. Bəli, bir Azərbaycan vətəndaşı olaraq qürur hissi keçirdirəm ki, polislərimiz qışın soyuğunda, yayın istisində, əlverişsiz hava şəraitində öz peşə vəzifələrini yerinə yetirirlər. Və həmişə deyirəm ki, yaşa Azərbaycan xalqım! Yaşa Azərbaycan! Yaşa Azərbaycan vətəndaşı! Həmişə yaşa Azərbaycan polisi! Görəsən bu vətənpərvər və xeyirsevər rəisimiz kimdir? Məni həddindən artıq maraqlandırdı. Həm cavan kadr, həm də işini mükəmməl bilən bir polis rəisi. Deməli, Daxili İşlər Nazirimiz cənab Vilayət Eyvazovun apardığı islahatlar Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı, əsrin lideri İlham Əliyevin uğurlu siyasətin bariz nümunəsidir.
Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin rəisi İsmayılov Cavid Namiq oğlu işini yüksək səviyyədə və peşəkarcasına yerinə yetirir, əsl polis məmuru və Azərbaycan vətəndaşıdı. Deməli, Allahın bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, vətənpərvər polis rəisi Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin rəisi İsmayılov Cavid Namiq oğlunun mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.
Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin rəisi İsmayılov Cavid Namiq oğlu qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən, səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır. İstər pandemiyanın sərt dövründə, istərsə də Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əks-hücum əməliyyatı zamanı ölkə vətəndaşlarına əlindən gələn köməkliyini göstərmiş, və onların qayğısına qalmışdır.
Cavid İsmayılov şərəfli ömür yolu, dövlətə-dövlətçiliyə bağlılığı, vətənpərvər ictimai-siyasi və hüquqi fəaliyyəti ilə müasirlərinin dərin rəğbətini qazanmış belə dəyərli insanlardan biridir. Hər bir insanın təkcə gələcək həyat yolunun deyil, həm də peşə seçiminin düzgün müəyyənləşməsində havasını udduğu, suyunu-çörəyini daddığı torpağın, doğulub boya-başa çatdığı ailənin, əhatə olunduğu cəmiyyətin rolu birmənalıdır. Bu amillər istənilən fərdin istedadının parlamasında, üzə çıxmasında və püxtələşməsində mühüm rol oynayır.
Redaksiyamızın kollektivi adından gözəl qəlbli rəisimiz Cavid İsmayılova uzun ömür, can sağlığı və işində müvəffəqiyytlər arzu edirik.
Hörmət və ehtiramla
Baş redaktordan





















































