Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdan Türkiyə İstanbul Ədalət Sarayında xüsusi müsahibə
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular
Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olunublar.
“Qafqazinfo” xəbər verir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə həbs edilmiş Cavid İlqar oğlu Dünyamaliyevin müdafiəçisinin qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətinə baxılaraq, təmin olunmayıb.
Məlum olur ki, C.Dünyamalıyev Cinayət Məcəlləsinin 271.3, 272.3 və 273-1.4.2-ci maddələri ilə məsuliyyətə cəlb edilmiş qrup üzvlərindən yalnız biridir.
Qeyd olunan şəxslər Səhiyyə Nazirliyinin “e-health.gov.az”, Elm və Təhsil Nazirliyinin “miq.edu.az” və digər məlumat bazalarına kibermüdaxilə yolu ilə qanunsuz daxil olaraq Azərbaycan Respublikası vətəndaşlarına məxsus fərdi məlumatları ələ keçirib, sahibliklərində olan xüsusi serverlərə ötürüblər.
Həmin şəxslərin fəaliyyətləri ifşa olunub, topladıqları fərdi məlumatlara giriş imkanları isə bloklanıb.
Qeyd edək ki, dünyada kibercinayətlərin artmaqda olduğu bir vaxtda ilk dəfə 2024-cü ildə Oksford Universitetinin təşkilatçılığı və 92 ixtisaslaşmış beynəlxalq ekspertin iştirakı ilə 3 illik təhlillərin nəticəsi olaraq kibercinayətkarlıqla mübarizə vəziyyəti və əlaqəli kriteriyalar üzrə “Dünya Kibercinayətkarlıq İndeksi” tərtib edilərək yayımlanıb.
İndeksə əsasən, Rusiya, Ukrayna, Çin, ABŞ, Nigeriya, Rumıniya kimi ölkələr kibercinayətkarlıq təhlükəsinin daha yüksək olduğu dövlətlər sırasında qeyd edilib. Azərbaycan ümumi sıralamada 0.13 indeks göstəricisi ilə Lüksemburq və Yaponiya kimi ölkələrlə birgə ən yaxşı göstəricilərə malik dövlətlər sırasında indeksləşdirilib.
Ötən müddətdə Azərbaycan dövlət strukturları tərəfindən kibercinayətkarlığa qarşı ciddi institusional, preventiv və prosessual tədbirlər həyata keçirilib.























































