SƏFƏRALİYEV QANBOY ƏHMƏDALI OĞLU – LAÇININ ALXASLI KƏNDİNİN VƏTƏN NAMİNƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN İGİD OĞLU!
Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
Həbsdə olan jurnalistlər Prezidentə müraciət etdi
Həbsdə olan jurnalistlər İlqar Atabəyli və Sənan Həsənoğlu Prezdient İlham Əliyevə müraciət edib. Bu barədə Reportyor.info-ya jurnalistlərin yaxınları bildirib.
İlqar Atabəyli və Sənan Həsənoğlu müraciətlərində may ayında gözlənilən əfv sərəncamının onlara da şamil olunmasını xahiş edirlər: “Cənab Prezident, artıq 3 ilə yaxındır ki, həbsdəyik. Ailəmizin yeganə qazanc gətirəni bizik. Bu müddət ərzində ailəmiz xeyli çətinliklər yaşayıb və yaşamaqdadır.
Cənab Prezident, Sizin humanist bir şəxs olduğunuz sirr deyil. Demək olar ki, hər il təqmivin əlamətdar günlərində əfv sərəncamı imzalayırsınız. Yüzləlrə insana, ailəyə sevinc bəxş edirsiniz. Bu il də əfv sərəncamı imzalayacağınız barədə məlumatlar yayılıb. Biz də Sizin humanistliyinizə sığınıb bu sərəncamdan yararlanmaq istəyirik. Ümid edirik və inanırıq ki, bu dəfə bizə və ailəmizə belə bir sevinc qismət olacaq”.
Xatırladaq ki, Sənan Həsənoğlu vaxtilə AzTV-də və digər televiziya kanallarında Qarabağ bölgəsi üzrə müxbir vəzifəsində çalışıb və 2016-cı ilin “Aprel döyüşləri” zamanı bu şəxsin fəaliyyəti hərbi komandanlıq tərəfindən fədakar jurnalist kimi də qiymətləndirilib.
İlqar Atabəyli isə, media cameəsində özünün istedadı, bacarığı, yüksək potensialı və s. ilə ad-san çıxaran qələm əhli olaraq tanınıb. Ailənin yeganə qazanc gətirəni olan Sənan Həsənoğlu, 1-ci Qarabağ Müharibəsinin iştirakçısı olmaqla bərabər, həbs olunduğu vaxta qədər ağır cərrahi əməliyyat olunub və ürək nahiyəsinə 7 ədəd stend də qoyulub. İlqar Atabəyli də oxşar qaydada ailənin yeganə qazanc gətirəni olub və onun himayəsində azyaşlı övladları var ki, onlardan biri ağır xəstədir.
https://www.facebook.com/story.php?story_fbid=3672818472973904&id=100007373619071&mibextid=WaXdOe&rdid=6xt1woISw45qAPKr























































