Xəbər Lenti
31-08-2026, 15:27
31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
30-08-2026, 17:10
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
29-08-2026, 14:00
“Qızıl ixracının hasilatdan çox olması ölkənin vasitəçi kimi istifadəsinə sübut deyil”
27-08-2026, 15:33
Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
Beyləqanda ağır qəza: Yaralılar var
Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, “İsuzu” markalı avtobus Zəngilandakı tikinti işlərinə cəlb olunan fəhlələri daşıyırmış. Beyləqan rayonundakı Şəfəq qəsəbəsi ərazisində avtobus qəzaya düşüb.
İlkin məlumata görə, avtobusun aşması nəticəsində 10-dan çox yaralı var.
Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır.
Dursun Tağıyeva























































