Xırdalanda gözəlliyin ünvanı – “Beauty Bar” gözəllik salonu ilə təpədən dırnağa baxım cəmi 30 Manata
Göylərə yazılan ad: Milli qəhrəman Aleksandr Kalyaninovun doğum günündə xatirəsinə hörmətlə
Heydər Əliyev irsinə sadiqlik – Günay Muradovanın dərin hörmət və minnətdarlıq duyğuları
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova : Ulu Öndər Heydər Əliyevin xatirəsinə dərin hörmət və ehtiramı
Ulu Öndərin mənəvi irsinə sadiqlik – Məhərli Əvəzəlinin Heydər Əliyevə dərin ehtiramı
Yolumuzun Memarı – Etibar Kərimovun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehtiramı
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
Ədalət Hacıyev: “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür – Azərbaycan tarixində böyük zirvə”
Mehman Qəhrəmanov: 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür - Xalqın qəlbində əbədiyaşar LİDER
İş adamı Cəbrayıl Cəbrayılov: Heydər Əliyev – Müstəqil Azərbaycanın şərəfli yolunu işıqlandıran DAHİ LİDER
Amil Bağıyev: 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür. “Xalqın qədirbilənliyinin təntənəsi”
Rasim Nurullayev: Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin möhkəm təmini və xalqın ümid mənbəyi
Teymur Hacıyev: Heydər Əliyevin əbədi xatirəsi – Müstəqil Azərbaycanın parlaq yolunu nurlandıran DAHİ ŞƏXSİYYƏT
"Embawood" şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov: Ulu Öndər – Azərbaycanı zamanın sınaqlarından keçirən böyük şəxsiyyət
Cənubi Qafqaz: İranın rəqibləri qarşısında susqunluğunun doğurduğu versiyalar - TƏHLİL
Azərbaycan ABŞ və Avropa İttifaqının Ermənistanı silahlandıra bilmək perspektivindən narahatlığını bildirdiyi zamanda İranın nümayiş etdirdiyi susqunluq qəribə görünür.
Başqa zaman dini-siyasi bəyanatlarla Qərbə meydan oxuyan İran nədənsə Qərbin indi regiondakı aktivləşən kəşfiyyat fəaliyyətlərini az qala görməzdən gəlir.
Düzdür, İranın başı İsrailin ona qarşı tüğyan edən əməliyyatlarına qarışıb və Tehran cavab tədbirləri vəd edir.
Ancaq faktiki olaraq İranın Dəməşqdəki konsulluğuna aviazərbələr endirilməsi, ardınca İranın cənub-şərqindəki SEPAH bazalarına edilən hücumlar Tehranı çətin vəziyyətə salır.
İranın İsrail qarşısındakı acizliyinə rəğmən, onun regional məqsədlərindəki ölçülər dəyişməz olaraq qalır və Tehran müxtəlif vasitələrlə Təl-Əvivdən qisas almağa çalışır.
Bunun fonunda Cənubi Qafqazda oyun qaydalarının dəyişdirilməsi üçün Qərbdən basılan düymələrə İranın səssiz qalması zahiri olaraq təzadlı görünür.
Ən azından buna görə ki, Qərb İrana rəqibdirsə, bu, regionlardan asılı olmayaraq, Tehran üçün eyni dərəcədə əhəmiyyətli olmalı idi.
Ancaq Qərb Ermənistan üzərindən regionda oyun kartlarına dəyişikliyə işarə edərkən İrandan Bakını təhdid edən səslər yenidən ucalmağa başlayır.
Bundan əlavə, İrandan Ermənistana təyyarələr vasitəsilə silah-sursat daşındığına dair məlumatlar yayılır.
Güman ki, İran yenidən Azərbaycana qarşı keçmiş fərziyyə və iddialarını istinad kimi götürərək İrəvanla Qərbin yaxınlaşmasından həyəcan keçirmir.
Əksinə, yaranmış vəziyyəti fürsət bilərək İsrailin ona qarşı keçirdiyi əməliyyatların sürətinin artmasına cavab olaraq, İsrailin Azərbaycandakı səfirliyini hədəfə alan hədələri diqqətdə saxlayır.
Ancaq bu dinamika o demək deyil ki, İran regional miqyasda Azərbaycanla qarşıdurmada maraqlıdır. Çünki hər nə qədər Ermənistana münasibətdə oxşarlıqlar olsa da, Qərb İrana görə Azərbaycanı hədəf seçməz. Üstəlik, ümumilikdə İranın hər hansı ölkəyə müharibə elan etmək təcrübəsi yoxdur, o, sadəcə, öz məqsədlərini proksi qüvvələr vasitəsilə gerçəkləşdirmək xəttinə sadiqdir.
İkincisi, Azərbaycanın Türkiyə kimi strateji müttəfiqi var və buna görə də ona qarşı silahlı qarşıdurmanı həyata keçirmək çətin məsələdir.
Yox, biz əgər ABŞ ilə İranın Ermənistan məsələsində mövqelərini yaxınlaşdırıb sövdələşməyə girdiyi ehtimalına inansaq, onda başqa bir informasiyaya nəzər yetirməliyik.
İranın Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı intensivləşən hücumları Vaşinqtonun maraqlarının sıxışdırılmasına hesablanıb. Bunun müşayiətində isə ABŞ ilə İranın fikir ayrılıqlarını bir kənara qoyub gizli danışıqlara başladıqlarına dair məlumatlar nəzərə çarpır.
Əgər bunlar doğrudursa, onda Cənubi Qafqazdakı mürəkkəb geosiyasi vəziyyətin kodu açıla bilər.
Bu versiya üzərində dayananda sxemi belə qura bilərik:
- ABŞ və Avropa İttifaqı İran qarşısında şərt irəli sürür ki, Tehran Yaxın Şərqdə Vaşinqtonun maraq dairəsinə çox girişməsin,
- Əvəzində isə ona Cənubi Qafqazdan pay vermək istəyir. Yəni Tehran Qərbin Qafqaz regionunda artan fəaliyyətlərinə və genişlənən dinamikasına göz yumur.
Bununla belə, ABŞ-nin İran amilinə görə strateji tərəfdaşı və beynəlxalq terrorizmlə mübarizədə rol oynayan Azərbaycanın maraqlarını görməzdən gəlməsi çox da inandırıcı səslənmir.
Bu amil də diqqətdən qaçmamalıdır ki, hər nə qədər aralarında ixtilaf olsa da, ABŞ-nin ən yaxın müttəfiqlərindən biri İsraildir. İsrail isə ABŞ-İran mümkün sövdələşməsindən narahatlığını asanlıqla Vaşinqtonun diqqətinə çatdırıb prosesin özünü Tehrana qarşı yönləndirə bilər.
Aqşin Kərimov























































