Abşeronu qanunsuz tikinti meydançasına çevirən, memarı da işlərinə alət edən RİH-nin "qara kassası" Zahid KİMDİR? -
İsmayıl Zalov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında 22.05.2026-ci il tarixində iştirak etmişdir.
“Peşə təhsili ilə istehsalatın uğurlu vəhdəti: Şirvan Dövlət Peşə Liseyinin şagirdləri üçün növbəti istehsalat təcrübəsi uğurla başa çatdı”
Göygöl yaylaqlarında böyük qayıdışın zəfər sədası: Ağbaba və Şörəyel ruhunun təntənəsi
Biznesmen deputat millyonlarını ölkədən çıxarır
Keçən günlərdə sabiq deputat Əsabil Qasımovun Rusiyanın tikinti sektoruna 100 milyonlarla dollar həcmində sərmayə qoyması yerli KİV-də etirazla qarşılandı ki, bu da səbəbsiz deyildi. Belə ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin yerli iş adamlarına işğaldan azad olunmuş torpaqlarımızın yenidaən inşa olunmasına sərmayə qoymaları ilə bağlı etdiyi çağırış keçmiş deputat tərəfindən qulaqardına vurulmuş oldu.
"Azərbaycan Reallığı" xəbər verir ki, indi də anoloji addımı keçmiş yox, bu dəfə həm də hazırda da cibində deputat mandatı gəzdirən bir inşaat maqnatı atmış oldu.
Söhbət Milli Məclisin deputatı Ağalar Vəliyevdən gedir. O da eyni qaydada Prezidenin məlum çağırışına qoşulmayanlardan hesab olunur.
Dövlətimizin az qala bütün dostluq münasibətlərini məhz Qarabağın inşasına yönəltdiyi bir məqamda Ağalar Vəliyev kimiləri məhz bu dövlətdən qazanndıqlarını-əslində isə oğurladıqlarını xaricə transfer eməkdədir...
Deputatın oğlu Pərviz Vəliyev Gürcüstanın Kabuleti kurort şəhəri, Agmashenebeli küçəsində (277 və 313) iki binanın tikintisi üçün 1.648.000 və 2.550.000 lari dəyərində torpaq sahələri alıb.
Qeyd edək ki, deputatın oğlunun tikdirəcəyi binalar biri 30 milyon və digəri 20 milyon dollar olmaqla layihələndirilib və təsdiq edilib.
Məlumat üçün qeyd edim ki, Pərviz Vəliyev Gürcüstanda qeydiyyatdan keçmiş CRYSTAL BUILDİNG LTD-nin 50 faiz payçısıdır. 

Mənbə: Dia-az.info























































