Menu
Xəbər Lenti
Ağstafaya sel gəldi
Dünən, 10:45

Ağstafaya sel gəldi

Hərbçimiz həlak oldu
18-07-2026, 11:18

Hərbçimiz həlak oldu

Sən kimə dua edirsən?..
18-07-2026, 11:14

Sən kimə dua edirsən?..

İsrail parlamenti buraxıldı
17-07-2026, 13:48

İsrail parlamenti buraxıldı

Dünya bir nərdivandır...
16-07-2026, 13:41

Dünya bir nərdivandır...

01 Aprel 2024 08:34Manşet / Gündəm

MN: Ermənilərin 480 km boyunca izləmə apardığı vasitələr antiterror tədbirlərində sıradan çıxarılıb

 

Azərbaycan Ordusu tərəfindən Qarabağ bölgəsində həyata keçirilən antiterror tədbirlərinin ilkin mərhələsində Ermənistan silahlı qüvvələrinin səngər, atəş mövqeyi və dayaq məntəqələrində, eləcə də daimi dislokasiya yerlərində əvvəlcədən yerləri müəyyən edilmiş izləmə-müşahidə vasitələri legitim hərbi hədəf olaraq sıradan çıxarılıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Qeyd olunur ki, Ermənistan silahlı qüvvələrinə məxsus 200-dən artıq optik-elektron və müşahidə kameraları bölmələrimizin və mülki sakinlərimizin hərəkətini izləmək, onlara qarşı müxtəlif xarakterli təxribat fəaliyyətləri həyata keçirmək məqsədilə kustar üsulla hazırlanaraq 480 kilometrədək keçmiş təmas xətti boyunca 10-15 və 20-30 metr hündürlükdə quraşdırılmışdı.

Qarabağ iqtisadi rayonunda kəşfiyyat vasitələrimiz tərəfindən müəyyən edilmiş Ermənistan silahlı qüvvələrinə məxsus optik-elektron və müşahidə kameraları Ordumuzun arsenalında olan yüksəkdəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb.

Bizimlə əlaqə saxlayın