Menu
Xəbər Lenti
O da “Yeraltı”na keçir
26-11-2026, 09:58

O da “Yeraltı”na keçir

Bu rüsum 4 dəfə azaldılır
25-11-2026, 10:32

Bu rüsum 4 dəfə azaldılır

Şahbaz Şərif Rusiyaya gedir
24-11-2026, 10:40

Şahbaz Şərif Rusiyaya gedir

29 Mart 2024 10:12Manşet / Gündəm

Ramiz Mehdiyevdən məhkəməyə verilməsi xəbərinə REAKSİYA

 

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanması haqda xəbər yayılıb. Belə ki, yayılan xəbərdə Ramiz Mehdiyevin İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edildiyi, iş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərildiyi bildirilib. İşə Pərviz Muradovun hakim təyin edildiyi qeyd olunub.

Yayılan xəbərlə bağlı Manset.az Ramiz Mehdiyevlə əlaqə saxlayıb. O açıqlamasında xəbəri təkzib edib.

“Mənim məhkəməyə verilməyimlə bağlı xəbəri sizdən eşidirəm. Bu barədə mənə xəbərdarlıq edilməyib. Ümumiyyətlə, mən maşın sürmürəm. Axırıncı dəfə 60 il bundan əvvəl maşın sürmüşəm. Heç bir yerdə də cərimə edilməmişəm. Bunlar başdan-ayağa uydurmadır”.

Qeyd edək ki, Ramiz Mehdiyevin cərimə olunduğu və bu cəriməni vaxtında ödəmədiyinə görə məhkəməyə verildiyi bildirilmişdi.