İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Hikmət Hacıyev: “Azərbaycan vahid Çin siyasətini dəstəkləyir”
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın həmişə vahid Çin siyasətini dəstəklədiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, o bunu Çinin “Global Times” qəzetinə müsahibəsində deyib.
“Ölkələrimiz arasında güclü siyasi əlaqələr mövcuddur. Biz həmişə vahid Çin siyasətini dəstəkləyirik. Bu yaxınlarda Çinin Tayvan bölgəsində qeyri-qanuni seçki olub və Azərbaycan bunu tamamilə qəbuledilməz kimi qiymətləndirib”, - Prezidentin köməkçisi bildirib.
H.Hacıyev Çin ilə əməkdaşlıq perspektivlərindən söz açaraq Azərbaycanda daha çox Çin şirkəti görmək istədiyini söyləyib:
“İndi biz iki ölkə arasında ticarət əlaqələrində sabit artım görürük, lakin bu, son nəticə deyil. Bunun üçün daha çox perspektivlər var. Birincisi, mən Azərbaycanda daha çox Çin şirkətləri görmək istərdim. Çin şirkətləri artıq Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində iştirak edirlər, lakin Azərbaycan yaşıl inkişafa doğru irəlilədikcə biz daha çox şey gözləyirik”.
H.Hacıyev diqqətə çatdırıb ki, dayanıqlı inkişaf məqsədlərinə əsaslanan milli prioritetlərdə rəqəmsal transformasiya Azərbaycan üçün bir nömrəli məsələdir:
“Yaşıl keçid gündəliyimizdə Çini tərəfdaş kimi görürük. Biz, həmçinin, çinli dostlarımızdan Azərbaycanda bərpa olunan enerji üçün istehsal xətləri yaratmağı istəyirik. Çindəki elektrikli avtomobil sənayesi dünyanın aparıcı sənayelərindən biridir. Hazırda Çindən elektriklə işləyən avtobuslar və digər avadanlıqlar alırıq. Biz Çin şirkətləri ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda istehsalat bazası yaratmaq istəyərdik”.
Prezident köməkçisi Çin-Azərbaycan tərəfdaşlığının “Bir kəmər - bir yol” Təşəbbüsü (BRI) çərçivəsində, xüsusən də Orta Dəhliz kontekstində mühüm əhəmiyyət kəsb etdiyini də bildirib:
“Orta Dəhliz Çin və Avropa İttifaqı arasında mühüm əlaqə ola bilər. Azərbaycan Qara dəniz və Xəzər sahillərində yerləşən ölkələrlə birlikdə əlaqələr sahəsində güclü tərəfdaş ola bilər. Bu, “Bir kəmər - bir yol” təşəbbüsü ilə yaxşı uyğunlaşır və Çin ilə Azərbaycan arasında strateji tərəfdaşlığı vurğulayır”.





















































