“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
Üçrəngli Bayrağımız müstəqilliyimizin, milli qürurumuzun və Zəfərimizin əbədi rəmzidir
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
Azərbaycan milllisinin baş məşqçisi: “Standart vəziyyətlərdən və qapıçı səhvlərindən qollar buraxdıq”
“Standart vəziyyətlərdən və qapıçı səhvlərindən qollar buraxdıq”.
Bunu ”Report”a açıqlamasında 17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Nərgiz Qurbanova Avropa çempionatının seçmə mərhələsinin II raundunda keçirilən qarşılaşmalar barədə danışarkən deyib.
Mütəxəssis Azərbaycan millisinin seçmə mərhələdə ilk iki oyunda qeydə alınan məğlubiyyətləri şərh edib:
“İlk oyunumuz Bolqarıstana qarşı oldu. Böyük hesabla məğlub olduq. Nəzərə alsaq ki, Bolqarıstan millisi A Liqasından B Liqasına düşüb, oradan gələn millilərlə oynamaq bizim üçün çox çətin olur. Üstəlik, Bolqarıstana oyundan bir gün öncə gəldik. Altı qol buraxmağımız, nəticənin belə olmasının yol yorğunluğundan irəli gəldiyini düşünürəm. Hesab daha fərqli ola bilərdi. Bolqarıstanın təcrübəli olması sözünü dedi. Sloveniya qrupun aşkar favoritidir. Heyətlərində təcrübəli, texniki cəhətdən güclü oyunçuları var. Ümumiyyətlə, Bolqarıstan və Sloveniya kimi yığmalara qarşı oyunlar Azərbaycanın qadın futbolçuları üçün çox çətin keçir. Burada təcrübə amili də böyük rol oynayır”.
Nərgiz Qurbanova turnirdə son matçı qələbə ilə başa vurmaq istədiklərini diqqətə çatdırıb:
“Son oyun Moldova millisinə qarşı olacaq. Əsas məqsədimiz 3 xal qazanmaqdır. Son görüşü qələbə ilə başa vurmaq istəyirik. Futbolçularımız qalibiyyət üçün əllərindən gələni edəcəklər”.
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundu çərçivəsində B liqasının 2-ci qrupunda Bolqarıstana 1:6, Sloveniyaya 0:4 hesabı ilə uduzub. Yığmamız sabah son görüşündə Moldova ilə qarşılaşacaq.























































