“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
AYB və AJB-nin üzvü Şamil Cəfər: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, DÖVLƏTİMİZİN GÜCÜNÜN VƏ XALQIMIZIN MƏĞLUBEDİLMƏZLİYİNİN TƏNTƏNƏSİ!
“Xezertv.info”-nun Baş redaktoru Fərid Səfərov: 8 NOYABR – MİLLİ QÜRURUMUZUN, QƏHRƏMANLIĞIMIZIN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİ!
Xezertv.info-nun baş direktoru Çingiz Mahmduov: 8 NOYABR – TARİXİN DƏYİŞDİYİ, BAYRAĞIMIZIN QARABAĞDA ƏBƏDİ UCALDIĞI GÜN!
Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
“Son tapşırığımız Şuşaya gedən yolu bağlamaq idi” - Vətən Müharibəsi Qəhrəmanı danışır
İcma: “Ermənistan sistematik islamofobiyanın beşiyidir”
Qərbi Azərbaycan İcması bəyanat yayaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında martın 15-də qəbul edilən “İslamofobiya ilə mübarizə tədbirləri” adlı qətnaməni alqışladığını bildirib.
Oxu.Az xəbər verir ki, bəyanatda Qərbi Azərbaycan İcmasının islamofobiyaya qarşı beynəlxalq səylərə həmişə fəal töhfə verdiyi qeyd edilib və ötən il icmanın bu mövzuda müraciətinin BMT Baş Assambleyasının rəsmi sənədi kimi yayılması xatırladılıb.
“Dövlətlərin əksəriyyətinin lehinə səs verdiyi sözügedən qətnamə Ermənistan tərəfindən dəstəklənməyib. Ermənistanın sistematik islamofobiyanın beşiyi olduğunu nəzərə alsaq, bu ölkənin qətnamə üzrə mövqeyi təəccüb doğurmur. Xatırladaq ki, dövlət səviyyəsində islamofobiya siyasəti aparan Ermənistan müsəlmanlara qarşı total etnik təmizləmə aparıb, müsəlmanların ibadət yerlərini və qəbiristanlıqlarını dağıdıb. Ermənistan müsəlmanlara qarşı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər törətmiş caniləri şöhrətləndirir. Bu ölkə hələ də qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmasına imkan vermir”, - bəyanatda deyilir.
İcma islamofobiya və ksenofobiyaya qarşı mübarizədə birləşmiş bütün dövlətləri Ermənistanın İslamofob siyasətini pisləməyə və oradan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasını dəstəkləməyə çağırıb.























































