Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
Nərimanov rayonunda “8 Noyabr – Zəfər Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib
Dr. Aslan Məmmədov: ZƏFƏR GÜNÜ – AZƏRBAYCANIN DÜNYAYA GÜCÜNÜ VƏ QƏTİYYƏTİNİ SÜBUT ETDİYİ TARİX!
İş adamı Tofiq İsayev: 8 NOYABR – AZƏRBAYCANIN GƏLƏCƏYƏ QALİB XALQ KİMİ ADDIMLADIĞI TARİXİ GÜN!
Elvin Həsənzadə: BU TORPAQLARIN HƏR QARIŞINDA BİR QƏHRƏMANLIQ HEKAYƏSİ VAR – 8 NOYABR ZƏFƏR GÜNÜ!
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ – MİLLİ İRADƏNİN, LİDERLİYİN VƏ QƏHRƏMANLIĞIN TƏNTƏNƏSİ!
ŞUŞANIN AZADLIĞI AZƏRBAYCANIN ZƏFƏR TARİXİNƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN ŞANLI SƏHİFƏDİR!
Bakıda yeni metro stansiyası neçənci ildə istifadəyə veriləcək? - AÇIQLAMA
Bakı metropoliteninin “bənövşəyi” xəttinin hazırda inşası davam edən stansiyasında növbəti mərhələ üzrə işlərə başlanılıb. Bu barədə ötən il “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, şərti olaraq “B-04” adlandırılan stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasında - Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək.
Avtomobil yolunun hər iki tərəfi nəzərə alınmaqla dörd istiqamətdə olacaq stansiya girişlərinin tikintisi inşaatın norma və qaydalarına uyğun - sonuncu mərhələdə yerinə yetiriləcək.
Bəs hazırda tikintisi gedən stansiyada işlər hansı yerdədir və onun açılışı nə zamana planlaşdırılır?
Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Referans.az-a açıqlamasında bildirib ki, şərti olaraq “B-04” adlandırılan stansiyanın tikintisi sürətlə davam edir:
“Qazıntı işləri tam başa çatıb, keçidlərin inşası davam edir. Stansiya dörd səviyyədən ibarətdir, hər mərtəbədə son tamamlama işlərinə başlanılıb. Yəni bundan sonrakı dövrdə divar, döşəmə örtüyünün təmizlənməsi və üzlüyün vurulması üçün hazır vəziyyətə gətirilməsi işləri gedir. Növbəti mərhələdə üzləmə işləri aparılacaq. Eyni zamanda, artıq infrastrukturun qurulması ilə bağlı bir sıra addımlar da atılıb, çünki platformalar da quraşdırılıb. Stansiyanı “8 Noyabr”la bağlayan yollar da artıq çəkilib”.
Metropoliten rəsmisi qeyd edib ki, hazırda gedən proseslərlə bağlı heç bir problem yaşanmazsa, şərti adı “B-04” olan stansiyanın tikintisi 2025-ci ildə başa çatacaq.
Onun sözlərinə görə, eskalatorların və liftin quraşdırılması, elektrik təchizatı, hərəkətin təşkili sistemləri, havalandırma və digər bu kimi məsələlərin həlli istiqamətində addımlar atılır:
“Stansiyada bir səviyyədən digərinə keçmək üçün pilləkənlər və 19 eskalatordan istifadə olunacaq. Müvafiq kateqoriyadan olan sərnişinlərin ehtiyacları da nəzərə alınıb. Onların xidmətinə üç lift veriləcək. Ümumən stansiyanın inşaat işləri müvafiq plana uyğun aparılır”.






















































