Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
Nərimanov rayonunda “8 Noyabr – Zəfər Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib
Dr. Aslan Məmmədov: ZƏFƏR GÜNÜ – AZƏRBAYCANIN DÜNYAYA GÜCÜNÜ VƏ QƏTİYYƏTİNİ SÜBUT ETDİYİ TARİX!
İş adamı Tofiq İsayev: 8 NOYABR – AZƏRBAYCANIN GƏLƏCƏYƏ QALİB XALQ KİMİ ADDIMLADIĞI TARİXİ GÜN!
Elvin Həsənzadə: BU TORPAQLARIN HƏR QARIŞINDA BİR QƏHRƏMANLIQ HEKAYƏSİ VAR – 8 NOYABR ZƏFƏR GÜNÜ!
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ – MİLLİ İRADƏNİN, LİDERLİYİN VƏ QƏHRƏMANLIĞIN TƏNTƏNƏSİ!
ŞUŞANIN AZADLIĞI AZƏRBAYCANIN ZƏFƏR TARİXİNƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN ŞANLI SƏHİFƏDİR!
ZALOV İMZA TV ALYANSININ rəhbəri hüquq eksperti İsmail Zalovun Hilton otelində brifinqdə çıxışı.
Dövlət Təhlükəsiszlik Xidmətinin dövlətimizin təhlükəsizliyi üçün əvəzsiz xidmətləri hər zaman yüksək səviyyədə olmuşdur. Ölkəmizin ictimai-siyasi həyatında, dövlətçiliyin qorunmasında, ölkədə sabitliyin bərqərar olmasında Dövlət Təhlükəsizliyi Xidmətinin rolu əvəzedilməzdir. Ötən əsrin ortalarından başlayaraq təhlükəsizlik orqanlarında Vətənə, dövlətə və xalqa əsl sədaqət ideyalarını formalaşdıran Heydər Əliyev ənənələri bu gün də yaşadılır, Prezident İlham Əliyev tərəfindən böyük əzm və uğurla davam etdirilir. Bu gün Azərbaycan sosial-iqtisadi, ictimai-siyasi həyatın bütün sahələrində dinamik inkişaf edir. Bütün bu uğurlar ölkədə bərqərar olmuş ictimai-siyasi və sosial-iqtisadi sabitlikdən irəli gəlir. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat fəaliyyətinin aşkarlanmasında və qarşısının alınmasında, beynəlxalq terrorçuluğa və transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirirlər.
Torpaqlarımızın azad edilməsi üçün apardığımız 44 günlük müharibədə də Dövlət Təhlükəsizlik Xidmətinin öz layiqli işini gördü, qələbənin təmin olunması üçün vacib əməliyyat tədbirlərini yüksək professionallıqla həyata keçirdi. İşğaldan azad olunmuş torpaqlarımızda da artıq Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları öz xidməti vəzifələrini layiqincə icra deirlər. Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları antiterror əməliyyatları zamanı yüksək peşəkarlıq göstərərək, qondarma rejimin qondarma rəhbərliklərini yəni Arayik Harutyuntyan, Bako Saakyan və Arkadi Qukasyanı həbs edərək istintaqa cəlb etmişlər və hal hazırda da bu cəlladların istintaqı yüksək peşəkarlıqla davam edir. Bu gün Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Müzəffər Ali Baş Komandanın onlar qarşısında qoyduğu vəzifəni layiqincə yerinə yetirirlər. Mən Dövlət Təhlükəsizlik Xidmətinin Rəisi general-polkovnik Əli Nağıyevi və Dövlət Təhlükəsizlik Xidmətinin bütün əməkdaşlarına gələcək fəaliyyətlərində, şərəfli işlərində uğurlar arzulayıram!






















































