18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Mənim-bizim seçimimiz Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı
Mənim-bizim seçimimiz Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı, xalqımızın igid oğlu, əsrin diplomatik lideri İlham Heydər oğlu Əliyevdir –Könül Nəbizadə
Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti xalqının öz liderinə inam və etimadını daim artırmışdır. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində İlham Heydər oğlu Əliyev inamlı qələbələr qazanmışdır.
Əsrə bərabər 19 ilin zirvəsində dünya siyasətində mövqeyimiz, iqtisadi dirçəlişimiz və işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi bizə bir daha sübut etdi ki, Azərbaycan xalqının dahi oğlu, Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Heydər oğlu hər bir Azərbaycanlının qürur mənbəyi və hər bir Azərbaycanlının Prezidentidir.
Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Qələbəmizin bünövrəsi geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharətini üzə çıxardı. O, əməliyyatlara şəxsən nəzarət edir, döyüşən orduya tapşırıqları birbaşa özü verirdi.
Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.
Sabah 7 fevral 2024-cü il tarixində təqaütçü atam və pedoqoq anamla birlikdə seçki məntəqəsinə gedərək səsvermədə iştirak edəcəm və əlbətdə ki, səsimizi Azərbaycanın əbədiyaşar ulu öndəri Heydər Əliyevin layiqli davamçısı, xalqımızı zirvəyə ucaldan, torpağımızı vahidləşdirən və ərazi bütövlüyümüzü bərpa edərək şəhidlərimizin, dədə-babalarımızın ruhuna ehtiramla yanaşan 21 əsrin lideri, xalqımızın igid oğlu, sərkərdəsi, Ali Baş Komandanımız cənab İlham Heydər oğlu Əliyevə olacaq, hər birimiz zəfəri bizə yaşadan dahi liderin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevə səs verək bu yolla təşəkkürümüzü ehtiramımızı bildirək.
Nəbizadə Könül Faxrəddin qızı.





















































