Pərvaz Kişiyev məsələsində suallar artır: LOR fəaliyyəti ilə bağlı rəsmi cavab niyə yoxdur?
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
Şakir Qulamov – peşəkarlığı, humanist mövqeyi və səhiyyəyə verdiyi töhfələrlə seçilən həkim
Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
TÜRKSOY-dan Fransada Natəvanın heykəlinə qarşı törədilən vandalizm aktı ilə bağlı BƏYANAT
“Türk dünyası mədəniyyətinin və incəsənətinin qorunması, yaşadılması, təbliği və gələcək nəsillərə çatdırılması məqsədilə yaradılan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) olaraq Azərbaycan ədəbiyyatının məşhur siması Xurşidbanu Natəvanın heykəlinin Avropanın mühüm mədəniyyət və incəsənət mərkəzlərindən biri Fransada vandalizmə məruz qalmasını dərin kədər hissi ilə qarşılanıb”.
Bu sözlər TÜRKSOY-un Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandalizm aktı ilə bağlı bəyanatında yer alıb.
Bəyanatda, həmçinin deyilir:
“Azərbaycanın İsmayıllı və Fransanın Evian-le-Ba şəhərinin qardaşlaşması münasibətilə 2017-ci ildə açılan “Azərbaycan bağı” və burada ucaldılan Natəvanın heykəli iki ölkə arasında dostluq və əməkdaşlığın nümayişidir.
Türk dünyasının mədəniyyət xəzinəsində silinməz izlər qoyan, ədəbiyyata verdiyi önəm və gördüyü işlərlə təkcə Qafqazda deyil, bütün dünyada dövrünü xeyli qabaqlayan, Türk dünyasının önəmli qadın şairlərindən olan Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandalizm təkcə bir ölkənin mədəniyyət xadiminə deyil, həm də dünya mədəniyyətinə, incəsənətinə və sənətə qarşı hücumdur.
Türk xalqının mədəniyyət və incəsənətinin ortaq çətiri TÜRKSOY olaraq mədəniyyətimizə və incəsənətimizə edilən bu mənfur hücumu pisləyir, cinayətkarların cəzalandırılacağına və bir daha belə hücumların baş verməyəcəyinə ümid edirik”.























































