Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Azərbaycanın Avropa Şurasını tərk etmək istəyi: Prosedur necədir? - İZAH
Azərbaycan Avropa Şurasından çıxmaq proseduruna müraciət edə bilər. Bu barədə APA məlumat yayıb. Buna səbəb Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı siyasətidir.
Bildirək ki, AŞPA 2024-cü ilin qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməyib.
Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib, nümayəndə heyəti bununla bağlı bəyanat verib.
Bəs ümumilikdə Avropa Şurasından çıxmaq proseduru necədir?
Oxu.Az bununla bağlı araşdırma aparıb.
Qurumdan çıxmaq prosesi London Müqaviləsi kimi də tanınan Avropa Şurasının Nizamnaməsi ilə müəyyən edilir.
Xatırladaq ki, bu zamana qədər Yunanıstanın və Rusiyanın Avropa Şurasından çıxması qeydə alınıb.
Belə ki, 1969-cu ilin 12 dekabrında Yunanıstan Avropa Şurasını tərk edib. Buna 1967-ci ildə Yunanıstanda baş vermiş hərbi çevriliş səbəb olub. Hərbi çevrilişdən sonra Yunanıstanın Avropa Şurası ilə münaqişəsi başlayıb və qurumun ölkədəki vəziyyətə dair hesabatı qırılma nöqtəsi olub. Lakin bir neçə il sonra - 1974-cü ilin 28 noyabrında Yunanıstan yenidən Avropa Şurasına üzv olub.
Rusiyaya gəlincə, o, 1996-cı ildə Avropa Şurasının üzvü olub. Ukrayna ilə müharibəyə başlayandan sonra Rusiya Avropa Şurasından və Avropa İnsan Haqları Konvensiyasından çıxdığını bəyan edib.
Avropa Şurasının Nizamnaməsinə görə, üzv dövlətin qurumdan iki yolla çıxması mümkündür: bunlar ya Şuradan çıxmaq və ya Şuradakı üzvlüyü dondurmaqdan ibarətdir.
Avropa Şurasının istənilən üzvü qurumun baş katibinə çıxmaq barədə niyyətini bildirən rəsmi məlumat verməlidir. Bu cür geriçəkilmə maliyyə ilinin ilk doqquz ayı ərzində verildiyi təqdirdə maliyyə ilinin sonunda qərar qüvvəyə minir.
Bildiriş maliyyə ilinin son üç ayında verilirsə, o, növbəti maliyyə ilinin sonunda qüvvəyə minir.
Avropa Şurasından çıxmaq üçün digər prosedur Nizamnamənin 3-cü maddəsi ilə əlaqəlidir.
3-cü maddəyə əsasən, Avropa Şurasının hər bir üzvü qanunun aliliyi və onun yurisdiksiyasına daxil olan bütün şəxslərin insan hüquqları və əsas azadlıqlardan istifadə etməsi prinsiplərini qəbul etmək öhdəliyi götürür.
3-cü maddəni ciddi şəkildə pozmuş Avropa Şurasının hər hansı üzvü öz nümayəndəlik hüququndan kənarlaşdırıla bilər. Bundan başqa, onun Nazirlər Komitəsi tərəfindən üzvlükdən çıxması tələb oluna bilər.
Avropa Şurasının Azərbaycanı bu tövsiflə qurumdan çıxara bilmək hüququ yoxdur. Çünki hazırkı proses daha çox rəsmi Bakının bildirişi əsasında Avropa Şurasından çıxmağı hədəfləyir. Üstəgəl, Azərbaycan öhdəliklərdən yayınmayıb, sadəcə, onun Avropa Şurasındakı interpretasiyası fərqli bir təəssürat yaratmağa söykənir.
Aqşin Kərimov





















































