18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Dövlət rəsmiləri və qurumların əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər
20 Yanvar - Ümumxalq Hüzn Günündə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin kollektivi Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad edib.
AZAL-ın rəhbərliyi və əməkdaşları Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş igid oğul və qızlarının məzarları üzərinə qərənfillər qoyublar.
14:12
Yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Şəhidlər xiyabanını ziyarət ediblər.
Dövlət və hökumət rəsmiləri Azərbaycanın azadlığı uğrunda həlak olan qəhrəman Vətən övladlarının məzarları üzərinə tər güllər düzüb, əziz xatirələrini ehtiramla anıblar.
14:07
Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi olan 20 Yanvar hadisələrindən 34 il ötür.
20 Yanvar hadisələrinin 34-cü ildönümü ilə əlaqədar Səhiyyə Nazirliyinin rəhbərliyi Şəhidlər Xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad edib.
13:30
20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini dərin hüznlə anıb, məzarları üzərinə qərənfillər düzüblər.
Bu barədə DTX-nin Mətbuat xidmətindən bildirilib.
Sonra Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Şəhidlər xiyabanında dəfn edilmiş təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.
10:47
Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar dövlət rəsmiləri, qurumların əməkdaşları şəhidlərin xatirəsini dərin hörmətlə yad edirlər.
Oxu.Az-ın məlumatına görə, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Şəhidlər xiyabanını ziyarət ediblər.
10:36
Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və qurumun əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.
Oxu.Az-ın məlumatına görə, onlar şəhidlərin xatirəsini yad edib, məzarları önünə gül dəstələri düzüblər.
10:27
Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Müdafiə Nazirliyinin şəxsi heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edib.
Oxu.Az xəbər verir ki, ziyarətdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazir müavinləri, qoşun komandanları və digər şəxslər iştirak ediblər.
Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.





















































