Menu
Xəbər Lenti
Neftimiz bahalaşdı
30-11-2024, 10:21

Neftimiz bahalaşdı

Xalq rəssamı vəfat etdi
29-11-2024, 05:53

Xalq rəssamı vəfat etdi

28 Ara 09:41Manşet / Gündəm / Siyasət

Elçin Əmirbəyov: “Sülh prosesində Ermənistan səmimi şəkildə nəticəyə köklənməlidir”

 

“Sülh yaxındır, Ermənistan yenə də bu sülhün ona gətirəcəyi faydaları dərk etməli və səmimi şəkildə nəticəyə köklənməlidir”.

Bu sözləri İngiltərənin “The Guardian” nəşrinə müsahibəsində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov deyib.

Əmirbəyov vurğulayıb ki, sülh prosesinin bu həlledici mərhələsində, bütövlükdə tərəflərin sülh sazişi üzərində razılıq əldə etməsinə yaxınlaşdığı bir vaxtda İrəvanın konkret nəticələrə nail olunmasına səmimi şəkildə köklənməsi zəruridir.

O daha sonra bildirib ki, ötən həftə Bakı sülh sazişi mətninin son variantını Ermənistan tərəfinə verib və hazırda İrəvanın göstərilən təkliflərə cavabını gözləyir.

“Ermənistan Azərbaycanla sülhün ona gətirəcəyi bütün faydaları tam şəkildə dərk etməli və nəhayət, sülh prosesinin pozulmasına və Azərbaycanla hərbi qarşıdurmanın yenidən başlanmasına yönəlmiş bütün zərərli illüziyalardan və destruktiv yanaşmalardan əl çəkməlidir”, - deyə Elçin Əmirbəyov qeyd edib.

Prezidentin nümayəndəsi Bakı tərəfindən hazırlanan sülh sazişi layihəsinin əsasını təşkil edən beş əsas prinsipi diqqətə çatdırıb və eyni zamanda qeyd edib ki, sərhədin müəyyənləşdirilməsi məsələsi onun mürəkkəb xarakterli olması və çox vaxt tələb edəcəyi nəzərə alınaraq daha sonrakı mərhələdə həll oluna bilər.

Elçin Əmirbəyov sülh sazişinin imzalanmasından sonra tərəflər arasında mübahisələrin həlli mexanizmi barədə suala cavabında vurğulayıb ki, Azərbaycan bu məsələdə kənardan hər hansı müdaxilə olmadan Ermənistan-Azərbaycan komissiyasının yaradılması ideyasına üstünlük verir.

“Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin təmin edilməsinə gəlincə, Bakı bu məsələni təkcə Çini Avropa ilə birləşdirən alternativ marşrutun, orta dəhlizin yaradılması kontekstində deyil, həmçinin öz milli təhlükəsizliyinin təmin edilməsinin mühüm elementi kimi nəzərdən keçirir. Bu mənada bölgədə baş verən hadisələr göstərdi ki, üç il səbirlə Ermənistandan cavab gözləyən Bakı artıq vaxt itirmək niyyətində deyil. Ermənistan Zəngəzur dəhlizinin yaradılmasının onun üçün faydasını dərk edə bilmədiyi, Azərbaycan tərəfindən ona qarşı gözlənilən “təcavüz” barədə absurd narrativlər yaymağa davam etdiyi və bundan sonra da regional dalana dirənməkdə inadkarlıq göstərdiyi halda, Bakı konkret addımlar atılmasına və yuxarıda qeyd olunan nəqliyyat əlaqələrinin qonşu İran ərazisindən yaradılmasına üstünlük verərək “B planı” adlandırılan layihənin həyata keçirilməsinə başlayıb”, - deyə Elçin Əmirbəyov vurğulayıb.

Bizimlə əlaqə saxlayın