Göylərə yazılan ad: Milli qəhrəman Aleksandr Kalyaninovun doğum günündə xatirəsinə hörmətlə
Heydər Əliyev irsinə sadiqlik – Günay Muradovanın dərin hörmət və minnətdarlıq duyğuları
Yolumuzun Memarı – Etibar Kərimovun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehtiramı
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
Ədalət Hacıyev: “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür – Azərbaycan tarixində böyük zirvə”
Mehman Qəhrəmanov: 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür - Xalqın qəlbində əbədiyaşar LİDER
İş adamı Cəbrayıl Cəbrayılov: Heydər Əliyev – Müstəqil Azərbaycanın şərəfli yolunu işıqlandıran DAHİ LİDER
Amil Bağıyev: 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür. “Xalqın qədirbilənliyinin təntənəsi”
Rasim Nurullayev: Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin möhkəm təmini və xalqın ümid mənbəyi
Teymur Hacıyev: Heydər Əliyevin əbədi xatirəsi – Müstəqil Azərbaycanın parlaq yolunu nurlandıran DAHİ ŞƏXSİYYƏT
Vüqar Babayevin peşəkarlığı və Anar Bağırovun vəkillik institutunun inkişafına töhfələri
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı: Enerji təhlükəsizliyi və yeni qlobal imkanlar
Qarabağda həyat canlanır: Prezident daim sülh mesajları verir - “Kaspi”nin TƏHLİLİ
Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva Xocavənd, Xocalı, Şuşa və Xankəndiyə səfər ediblər. Dövlət başçısı regionda aparılan tikinti işləri ilə tanış olub, antiterror əməliyyatları nəticəsində Azərbaycanın suverenliyini bərpa etdiyi ərazilərdə olub.
İlham Əliyev səfəri çərçivəsində Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandalarının matçını da izləyib. Prezident İlham Əliyev Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxış edərək Azərbaycanın yaratdığı reallıqların davamlılığını və sistemliliyini vurğu edən tezisləri bir daha səsləndirib. Qısa müddətdə Xankəndiyə edilən ikinci səfər və verilən əmin mesajlar gələcəyə nikbin baxmaq üçün əsaslar verir.
Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Özündə bir neçə komponenti birləşdirən strategiya
Konseptual olaraq Prezidentin işğaldan azad edilmiş və Azərbaycanın suveren hüquqlarının tam bərpa olunduğu ərazilərə səfərləri regional sülhə töhfə baxımından diqqət çəkir. Prezident daim sülh mesajları verir. Sezmək çətin deyil ki, İlham Əliyevin strategiyası bir neçə vacib komponenti özündə birləşdirir. Birinci növbədə, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təhlükəsizlik və güc strukturlarının xidməti fəaliyyətləri təmin edilir. Buna nail olan Azərbaycan sxemə uyğun olaraq, növbəti mərhələyə keçir. İkinci mərhələdə regionda misli görünməmiş quruculuq, bərpa işləri vüsət alır, infrastruktur yaradılır. Üçüncü mərhələ isə yuxarıda qeyd edilən iki mərhələ ilə paralellik təşkil edir ki, bu da Qarabağa və Şərqi Zəngəzura əhalinin qayıdışı prosesidir.
İlham Əliyev üçün bu işdə fasilə yoxdur. Fasiləsizlikdən danışarkən Prezidentin səfərlərində iki məqamın simvolik əhəmiyyətinə də toxunmaq lazımdır. Fikir versək görürük ki, səfərləri zamanı bəzən Prezident hərbi uniforma geyinir. Bu, onun Ali Baş Komandan kimi hərbi ritorikasını vurğulayır. Hərdən isə Prezident mülki geyimlərdə səfərlər gerçəkləşdirir ki, bu da onun regional sülh, quruculuq üçün verdiyi mesaj kimi başa düşülə bilər.
Ümumilikdə Prezident kompleks şəkildə:
- Görülən işlərlə tanış olur,
- Təhlükəsizlik sisteminin etibarlılığını şəxsən özü yoxlayır,
- İşğaldan zərər çəkmiş iqtisadiyyatın dirçəlməsi üçün həyati əhəmiyyətli xətləri çəkir.
İşğaldan azad edilmiş ərazilərə edilən intensiv səfərlər
Bir az da geniş yanaşsaq, deyə bilərik ki, İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə intensiv səfərləri Azərbaycanın regional sülhün təmini üçün geostrateji genişlənmə siyasətinin izində xüsusi əhəmiyyət kəsb edir.
İlham Əliyev beynəlxalq hüququn normativlərini diqqət mərkəzində saxlayaraq həm xarici, həm də daxili çağırışları reallaşdırır və sülh konfiqurasiyasında səmimi olmaq istəyənləri konstruktiv müzakirələr masasına dəvət edir.
Bu masada olmaq istəyənlər Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin tələb və ehtiyaclarını mütləq şəkildə nəzərdə saxlamalıdırlar. Əks təqdirdə kənar qüvvələrin regional arxitekturada iştirakı minimallaşır. Dövlət başçısının səfərlərini qeyd etdiyimiz məqamlar işığında şərh edəndə görmək olur ki, Azərbaycan regiondakı sülhün kövrəkliyini daimi möhkəm əsaslarla əvəzləməyi qarşıya məqsəd qoyur. Məsələn, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, nəqliyyat, idman infrastrukturlarının yaradılması, “Böyük qayıdış”ın həyata keçirilməsi Azərbaycanın sülh quruculuğunda nə qədər səmimi olduğunu göstərən başlıca faktorlardan biridir.
Təxribatlar fiasko ilə nəticələnəcək
Təbii ki, Azərbaycanın regionda yüksələn profilini həzm edə bilməyən dövlətlər var və hazırda ən çox canfəşanlıq Fransa tərəfindən nümayiş etdirilir. Deməli, hipotetik də olsa təhdidlər qalmaqdadır və bu təhlükəli tendensiyalarla Azərbaycanın sülh trayektoriyasındakı təşəbbüslərini əngəlləmək cəhdləri gələcəkdə də davam edə bilər.
Ancaq bu cəhdlərin fiaskoya uğrayacağını söyləməyə bir xeyli əsas var. Ən vacibi Azərbaycan Ermənistan üzərində qələbə qazanıb və bunun məntiqi davamı olaraq Qarabağda separatçılığın kökünü qurudub. Aydındır ki, bundan sonra hansısa gizli gündəliklə regiona daxil olmağın önünə qalın bir sədd çəkilir.
Bir az da dəqiq desək, bununla da Azərbaycana qarşı sövdələşmə imkanları göyə sovrulur. Münaqişə zamanında Azərbaycan sərhədlərindən işğal edilmiş ərazilərə giriş-çıxışlar baş verirdi və nəticədə regionda ambisiya formalaşdırıb Bakını buna tabe etdirmək istəyənlər məxfi planlarını dövriyyədə saxlayırdı. İndi isə işğaldan azad edilmiş ərazilərə qeyri-qanuni girişlər mümkünsüzdür.
Regiona əhali köçü və bölgədəki infrastruktur layihələri isə təhlükəsizliyin iqtisadi, mülki, ticari, sosial əsaslarını ərsəyə gətirir. Buna görə demək olar ki, regiondakı reallıqları dəyişmək üçün Azərbaycana qarşı üstünlük planlaşdırıb ambisiyalarını təmin etmək istəyənlərin məqsədləri puça çıxacaq.























































