Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Magistral yollarda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət: Mübariz Paşayevin rəhbərliyi ilə etibarlı inkişaf xətti
Yol infrastrukturunda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət nümunəsi: Fazil Musayevin rəhbərliyi ilə Bakı yollarında keyfiyyətli xidmət
UltraMed Tibb Mərkəzinin baş direktoru Ağahəsən Rüstəmov – peşəkarlıq, humanizm və məsuliyyətin vəhdəti
Tərtərin tərəqqi salnaməsi: Dövlətə sədaqət, xalqa xidmət yolunda - Müstəqim Məmmədov
Dövlətə sədaqətin, vətənə xidmətin parlaq nümunəsi – Vətənpərvər iş adamı Rüfət Yusifov
Ümummilli Lider Heydər Əliyev: tarixi şəxsiyyəti sevgiylə anırıq
Tarixdə şəxsiyyətlərin intellektual gücü, sərkərdəlik cəsarəti, siyasi iradəsi və dövlətçilik – siyasi müdrikliyi mənsub olduğu xalqın yaratdığı dövlətin formalaşmasında əvəzedilməz rola malikdir. Belə tarixi şəxsiyyətlər arasında çağdaş müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.
12 dekabr Ulu Öndərimizin anım günü kimi tariximizə yazıldı və hər il xalqımız kədərlə, fəqət sayğı və sevgiylə öz nəhəng övladını xatırlayır, yüz minlərlə vətəndaşımız onun məzarını müqəddəs and yeri kimi ziyarət edirlər.
Heydər Əliyev siyasi dövlətçilik fəlsəfəsinin ardıcıl təbliğatçısı, “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, filioloq alim, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayonu 37 nömrəli tam orta məktəbin psixoloqu Cəmilə Köçəri qızı İsbəndiyarovaya (Cəmilə Çiçək) da o yüzminlərin sırasında hər il I Fəxri Xiyabandakı o müqəddəsləşmiş məzara baş çəkir, qəlbindəki sevgi və sayğını Ümummilli Liderə çatdırmağa çalışır.
Heydər Əliyevin 100 illik yubileyi qeyd edilən bu il də, ənənəsinə sadiq qalaraq, C.İsbəndiyarova özünə şərəf bilir ki, həm ictimai fəal, həm peşəkar pedaq-psixoloq, həm də filoloq-alim olaraq cəmiyyətə yararlı və faydalı əməlləri - layihələri, yazıları, araşdırmaları, çalışmaları, yaradıcılığı ilə Ulu Öndərin ruhunu əbədiləşdirsin, onun siyasi-dövlətçilik irsini gənclər arasında geniş yayılmasına xidmət etsin.
C.İsbəndiyarova gənclərlə görüşərkən, onların qarşısında çıxış edərkən hər zaman Ulu Öndərin şərəfli həyat yoluna ekskurs etməyi xoşlayır, çıxışlarında aşağıdakı şanlı tarix barədə geniş məlumatları yeni nəsil nümayəndələrinə çatdırmağı unutmur.
Tariximizin böyük simalarından olan Heydər Əliyev, onun siyasi-dövlətçilik məktəbinin layiqli davamçısı, övladı İlham Əliyevlə birlikdə, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanat verərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib.
O və doğmaları Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda keçmiş Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.
Azərbaycan xalqının təkidi ilə 1993-cü il iyun ayının 15-də Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtmışdır. Məhz Ulu Öndərin müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti sayəsində gənc, müstəqil respublika qaçılmaz fəlakətdən qurtulmuş, ölkənin daxili və xarici siyasətində sabitlik bərqərar olunmuş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəs əldə edilmiş, ölkə yeni inkişaf dövrünə qədəm qoymuşdur. Azərbaycan xalqı Heydər Əliyev tərəfindən görülmüş işləri layiqincə qiymətləndirərək, onu xalqın Ümummilli Lideri kimi əbədiləşdirmişdir. Xalqımız ən ağır anlarında ona üz tutub, hakimiyyətə dəvət edib və bundan sonra Azərbaycan sabitlik və inkişaf dövrünə qədəm qoyub. Görkəmli dövlət xadimi Heydər Əliyevin 30 ildən artıq bir dövrü əhatə edən xalq qarşısında misilsiz xidmətləri dövlətçilik salnaməsində bir irs yaratmışdır.
Göründüyü kimi, Ümummilli Lider Heydər Əliyev uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi dövlət quruculuğunun Azərbaycan modeli və siyasi kursu, həmçinin ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi və onun yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionda lider ölkəyə çevrilmişdir. Azərbaycan xalqının 30 il həsrətində olduğu Qarabağ Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti ilə 44 günlük Vətən müharibəsində işğaldan azad olunub. “Dəmir yumruq” əməliyyatı nəticəsində tarixi Qələbə qazanılmışdır.
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu Öndər Heydər Əliyev siyasətinin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən Azərbaycan xalqı bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşir.
Fərid Səfərov
Araşdırmaçı- jurnalist,
Azərbaycan Jurnalistlər birliyinin üzvü























































