Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
İsrail MN: “Bu, qısa fasilə olacaq, bundan sonra gərgin döyüşlər davam edəcək”
İsrail ordusunun Qəzza zolağında hərbi əməliyyatı ən azı iki ay davam edəcək, anklavda saxlanılan girovların bir qisminin azad edilməsinə dair razılaşmada nəzərdə tutulan hərbi əməliyyatlara qısamüddətli fasilə veriləcək.
Bunu İsrailin müdafiə naziri Yoav Qalant 13-cü flotiliyanın - İsrail Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının hərbçiləri ilə görüşündə deyib.
“Bu, qısa fasilə olacaq, bundan sonra gərgin döyüşlər davam edəcək, daha çox girovun geri qaytarılması üçün təzyiqlər ediləcək. Döyüşlərin hələ iki ay davam edəcəyi gözlənilir”, - deyə nazir bildirib.
Qalant vurğulayıb ki, hərbi əməliyyatın məqsədi dəyişməz olaraq qalır - Fələstinin HƏMAS radikal təşkilatının Qəzza zolağında bütün strukturunun məhv edilməsi.
“Biz HƏMAS-ı hərbi və hökumət strukturu kimi aradan qaldırmaq niyyətindəyik. Bu əməliyyatın ilkin mərhələlərindən məlum oldu ki, HƏMAS-ı yalnız güc tətbiqi ilə başa salmaq olar”, - deyə o, əlavə edib.
Mənbə: TASS























































