Azərbaycan Respublikasında kənd təsərrüfatının, o cümlədən arıçılığın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
Masallıda 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış üç qəhrəmanın doğum günü ehtiramla qeyd olundu.
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir
Xətai rayon İcra Hakimiyyətində 22 İyul – Azərbaycan Milli Mətbuatı və Jurnalistika Günü münasibətilə tədbir keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
İbrahim Cəfərov – Azərbaycan aqrar elminin inkişafına töhfə verən alim və təşkilatçı
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın illik görüşündə iştirak edib
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
"Merhemet.TV"-nin rəhbəri Gülnara Həmidova: Milli mətbuat cəmiyyətin inkişafının və həqiqətin ən etibarlı tribunasıdır
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
BMT baş katibi: “HƏMAS mülki əhalidən canlı qalxan kimi istifadə edir”
"HƏMAS mülki əhalidən canlı qalxan kimi yararlanır və ayrı-seçkilik etmədən İsrailə raket atmağa davam edir".
"Report"un ABŞ bürosu xəbər verir ki, bunu BMT-nin Nyu-Yorkdakı baş qərargahında təşkilatın baş katibi Antoniu Quterreş jurnalistlərə açıqlamasında deyib.
A.Quttereş HƏMAS yaraqlılarına səslənərək, Qəzzada saxlanılan girovların dərhal, qeyd-şərtsiz və təhlükəsiz azad olunmasını tələb edib: "Oktyabrın 7-də HƏMAS-ın törətdiyi iyrənc terror aktlarını bir daha pisləyirəm. Mülki əhalinin qəsdən işgəncələrə məruz qalmasına, öldürülməsinə, yaralanmasına və oğurlanmasına heç nə haqq qazandıra bilməz. Mülki əhalinin müdafiəsi hər şeydən üstün olmalıdır. Beynəlxalq humanitar hüququn açıq şəkildə pozulmaqda davam edir və bu məni çox narahat edir. Hər kəs bilməlidir ki, heç bir silahlı münaqişə beynəlxalq humanitar hüquqdan üstün deyil".
Baş katib bildirib ki, Yaxın Şərqdə davam edən münaqişə nəticəsində dörd həftədə azı otuz il ərzində baş verən digər münaqişələrlə müqayisədə daha çox jurnalist öldürülüb: "Qəzzada davam edən münaqişə nəticəsində 36 jurnalist və media işçisinin öldüyü təsdiqlənib. BMT-nin Qəzza zolağında ən böyük humanitar təşkilatı olan Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) 88-dən çox əməkdaşının həlak olub. Bu qəddar, dəhşətli, əzablı dağıntıdan çıxış yolu tapmaq üçün indi hərəkətə keçməliyik. Tərəflər müharibənin həll yolunu sülhdə tapmalı və münaqişə sona çatmalıdır".
Xatırladaq ki, oktyabrın 7-də Qəzzada yerləşən HƏMAS radikal qruplaşması İsrailə hücum edib. Son məlumata görə, 1,4 min nəfərdən çox insan hücumun qurbanı olub. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri HƏMAS-a qarşı hərbi əməliyyata başlayıb. Hərbi əməliyyatlar zamanı anklavda 10 mindən çox insan həlak olub. İsrail ordusunun məlumatına görə, hazırda 240-dan çox insan HƏMAS-ın əsirliyindədir.























































